Kişilər bunu yeməsin

21:53 | 28.10.2014
Kişilər bunu yeməsin

Kişilər bunu yeməsin

Kişilər üçün faydalı və ziyanlı olan məhsulların siyahısı hazırlanıb. ANS PRESS-in məlumatına görə, sən demə bir ovuç qoz spermanın keyfiyyətini yaxşılaşdırır, 50 yaşdan sonra ata olmaq şansını artırır. Bunun üçün isə 12 həftə ərzində gündəlik qoz yemək lazımdır. Qozun tərkibində xüsusi yağlar var ki, kişilərin hormonal fonunu yaxşılaşdırır. Yaxın zamanda ata olmaq istəyənlər üçün lobya, qulançar və dəniz məhsulları da məsləhətdir. Onların tərkibində zülal və maqnezium var, dəniz məhsulları isə sinklə zəngindir. Steyk sevənlər isə ehtiyatlı olmalıdırlar. Qırmızı qızarmış ətdən tez-tez istifadə spermazoidlərin hərəkətini məhdudlaşdıra, hətta problemlər də yarada bilər. Mütəxəssislər həftədə iki dəfədən çox qırmızı ət yeməməyi məsləhət görürlər. Yarıbişmiş çiy qızarmış ət şişlərin inkişafı riskini də artırır. Həfdə 4 dəfə belə məhsulun istifadəsi xəstəlik riskini 40 faiz artırır. Bunun günahı isə ətdə yox, onun hazırlanma qaydasındadır. Beləki güclü odda tez bişən məhsulda kasrogen maddələr yaranır. Buşda bişirilən soyutma ətə qarşı isə alimlərin etirazı yoxdur. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM