Kiyevdə 2 güllə yarası alan azərbaycanlının FOTOLARI

11:00 | 23.02.2014
Kiyevdə 2 güllə yarası alan azərbaycanlının FOTOLARI

Kiyevdə 2 güllə yarası alan azərbaycanlının FOTOLARI

Bu gün Kiyevdəki iğtişaşlarda iki güllə yarası alan azərbaycanlının fotoları yayılıb. Ukraynada yaşayan azərbaycanlıların ANS PRESS-ə təqdim etdiyi şəkillərdə Teymur Müstafayevin səhhətinin yaxşı olduğu görünür. 
Qeyd edək ki, Kiyevdə yaralanan azərbaycanlı Teymur Mustafayevin ölüm xəbəri yayılmışdı. Lakin Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov ANS PRESS-ə açıqlamasında bu barədə məlumatların əsassız olduğunu demişdi: 
"Bizim Lutsk şəhərindəki nümayəndəmiz onun vəziyyəti ilə maraqlanıb. Mən özümdə onu əməliyyat edən həkimlə telefon vasitəsilə danışmışam. T.Mustafayevin həyati təhlükəsi yoxdur. Onun döş qəfəsində iki güllə yarası izi olub. Lakin artıq vəziyyəti yaxşılaşıb və otura bilir"
Qeyd edək ki, əslən Bakıdan olan 1987-ci il təvəllüdlü Mustafayev Teymur Əli oğlu Ukrayna vətəndaşıdır.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM