Küləyə sovrulan erməni təbliğatının pulları - KÖŞƏ

15:57 | 05.01.2015
Küləyə sovrulan erməni təbliğatının pulları - KÖŞƏ

Küləyə sovrulan erməni təbliğatının pulları - KÖŞƏ

Kamal Əli


Erməni təbliğatı nədir, nə üçün və kimə qarşı yaradılıb – bunu bizim oxucularımıza izah etməyə ehtiyac yoxdur. O da aydın məsələdir ki, bu təbliğatın əsas hədəfi Azərbaycandır. Əhalinin ən az maaşlı kateqoriyasından olanların əmək haqqını artırmağa dövlət büdcəsindən pul tapılmadığı halda, Yerevan tamamilə bacarıqsız təbliğatçıların maliyyələşdirilməsi üçün pul tapır. Bu barədə ən yaxşısını elə "Çiçəklənən Ermənistan" partiyasının parlament fraksiyasının katibi Aram Safaryan deyib:
 
- Qarabağ münaqişəsi ilə əlaqədar erməni təbliğatı çox aşağı səviyyədədir və bizim KİV-miz Qarabağ məsələsinə dair Ermənistanın mövqeyini təqdim etmək əvəzinə, Azərbaycanın bəyanatlarını şərh edir.
 
Bir çox boşluqlarda və səriştəsizliklərdə həmişə "nəsə" var. Əgər Azərbaycanda hərdən erməni saytlarını açıb-oxuyurlarsa, bunu erməni təbliğatçılarının uğuru hesab etmək olar. Amma Voskanapat.info saytında yazılanlar tamamilə biabırçılıqdır. İnanın, jurnalist kimi mənim borcumdur ki, erməni informasiya resurlarına daxil olum. Əgər bəzi erməni məqalələri adamı düşünməyə vadar edirsə, onda "Voskanapat"dan sonra əlini dəfələrlə sabunla yumaq istəyirsən. Bu saytda istənilən məqalənin ilk sətirlərini oxumaq kifayətdir ki, kompüterin ekranında X düyməsini basasan və uzun müddət bu saytdan uzaqlaşasan.
 
Barəsində söhbət gedən portalın rəhbərləri — Aram Qriqoryan, Qrant Melik-Şahnazaryan və Levon Melik-Şahnazaryan özləri və Serj Sarkisyan haqqında ucadan boş frazeologiya söyləməklə, həmçinin Azərbaycan və onun rəhbəri barədə bulvar dedi-qoduları ilə dolu küçə söyüşləri yazmaqla məşğuldurlar.

Barəsində söhbət gedən saytın frazeologiyasına qayıdaq. Bu da "Voskanapt”ın özü haqqında cəfəngiyyatı:

- Bu – bizim şüarımızdır. Heç vaxt yorulmamaq, heç vaxt dayanmamaq, heç vaxt əyilməmək, heç vaxt şikayətlənməmək.
 
Bu isə azərbaycanlılar haqqında mədəniyyətsizliyin və boş-boş çərənçiliyin nümunəsi:
 
 - Qorxaq türk növbəti dəfə öz heyvani mahiyyətini nümayiş etdirdi. Tarix boyunca ermənilər tərəfindən açıq döyüşdə məğlub olmuş türk nəinki gizlincə küncdən hücum etməyə üstünlük verir, həm də heç vaxt öz qanlı cinayətləriylə lovğalanmaqdan çəkinmir.
 
Görəsən "Voskanapat"ı maliyyələşdirənlər, Spitak zəlzələsinin qurbanlarına kömək etmək əvəzinə, Məlik-Şahnazaryanın ailəsinin saxlanılmasına pul verərkən, doğrudanmı elə güman edirlər ki, belə məqalələr azərbaycanlıların təlaşlanmasına və məyusluğuna gətirib çıxaracaq? Əgər sponsorlar — ağıllı adamlardısa, onlar tamamilə əksini görməlidirlər. Və görürlər. Levonun son yazıları onu göstərir ki, Serj Sarkisyan administrasiyasının təbliğatın aparılmasına məsul olan bölməsi, voskanapatçıların ailələrinin saxlanılmasına buraxılmış pulları dayandırmağa qərar verib. Onlar indi başqa lox-sponsor axtarışındadırlar.
 
Ermənistan hakimiyyət nümayəndələrinin "Voskanapat"a olan münasibətinin dəyişməsinə səbəb, bu resursun rəhbərlərinin nəinki erməni təbliğatının irəliləyişinə imkan verməməsi, həmçinin Azərbaycan oxucularının oxuduqları erməni KİV-nə də zərər vurmalarıdır. Axı saytı izləmək – müəllifin və oxucuların arasında ünsiyyətin ilk qaranquşudur. Belə jurnalist fəndi var: oxucunu savadlı və həqiqi sözlə təmin et və o, sənindir.
     

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür