Külli miqdarda narkotik vasitə və odlu silah saxlanıldı

15:24 | 15.07.2014
Külli miqdarda narkotik vasitə və odlu silah saxlanıldı

Külli miqdarda narkotik vasitə və odlu silah saxlanıldı

Şəmkir polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun dağlıq ərazisində narkotik tərkibli bitkiləri əkib-bercərən və satışı ilə məşğul olan şəxs müəyyən edilib.Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, rayon sakini Fikrət Əliyev mal-qara saxladığı yatağın bağ sahəsini qanunsuz narkotik plantasiyasına çevirib. Polis əməkdaşları həmin sahədə 72 ədəd aqrotexniki qaydada qulluq edilən çətənə kolları, eləcə də yatağın yardımçı otağında satış məqsədi ilə hazırlanan qurudulmuş marixuana və çətənə kollarının toxumları aşkarlanaraq götürülüb. Bundan basqa Fikrət Əliyevin yatağından özünümüdafiə məqsədilə saxladığı əl qumbaraları, ov tüfəngi və müxtəlif çaplı patronlar aşkar olunaraq götürülüb. Həmin silah-sursatların döyüş üçün tam yararlı olduğu bildirilir.Faktla bağlı cinayət işi açılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM