Könüllü işləmək istəyənlərin nəzərinə

16:09 | 17.09.2014
Könüllü işləmək istəyənlərin nəzərinə

Könüllü işləmək istəyənlərin nəzərinə

Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllü əsaslarla işləmək arzusunda olan gənc oğlan və qızları əməkdaşlığa dəvət edib.ANN.Az xəbər verir ki, könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər İdarənin müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanacaqlar. İntizamlı, xoşrəftar, kollektivdə işləmək bacarığı olan, kompüterdə işləməyi bacaran, xarici dil bilikləri olan, ali təhsilli və ya təhsil müəssisələrində son kurslarda oxuyan gənclər müraciət edə bilərlər.Tərcümeyi halınızı [email protected]/* */ ünvanına göndərməyiniz xahiş olunur.Əlaqə telefonu: (012) 441 – 62 - 87441 – 04 – 99Sektorlar:İnsan resurslarıİctimaiyyətlə əlaqələr Ümumi təhsilMəktəbdənkənar təhsil İnformasiya təminatıÜmumi sektorTəminat və təchizat sektoruANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb