Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verdi

12:21 | 19.10.2017
Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verdi

Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verdi

Tanınmış müğənni Könül Kərimova Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsini məhkəmə verib.

Anews.az-ın Report-a istinadla məlumatına görə, məhkəməyə müraciət edən müğənni torpaq mübahisələri ilə bağlı tələb irəli sürüb.

İddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Müğənni məlumatı təsdiqləyib. Lakin o, məsələ ilə bağlı geniş açıqlama vermək istəmədiyini bildirib: "Bu işlə vəkilim məşğul olur. Bu barədə danışmağımın mənası yoxdur”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM