Koalisiya: Suriyada daha 12 min İŞİD döyüşçüsü var

21:40 | 08.09.2017
Koalisiya: Suriyada daha 12 min İŞİD döyüşçüsü var

Koalisiya: Suriyada daha 12 min İŞİD döyüşçüsü var

Bunu beynəlxalq koalisiyanın nümayəndəsi Rayan Dillon açıqlayıb.

Suriyanın müxtəlif ərazilərində hələ 12 min İŞİD döyüşçüsü qalmaqdadır.

"Report"un RİA "Novosti"yə istinadən məlumatına görə, bunu ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın nümayəndəsi, polkovnik Rayan Dillon bildirib.

"Hoycada onların sayı 1000 nəfərdən azdır. Deyr-ez-Zorda 2500 nəfərdirlər. Bizim hesablamamıza görə, Rakkada İŞİD döyüşçülərinin sayı 1500 nəfərdir. Məyadində isə 6-8 min döyüşçü var", - deyə Dillon İŞİD-in Suriyadakı döyüşçülərinin sayı barədə sualı cavablandırarkən bildirib.

ABŞ-ın rəhbərlikl etdiyi beynəlxalq koalisiya 2014-cü ildən Suriya və İraqda İŞİD-ə qarşı hərbi əməliyyatlar keçirir.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM