Komadan ayılan ingilis çincə danışdı

21:57 | 04.09.2014
Komadan ayılan ingilis çincə danışdı

Komadan ayılan ingilis çincə danışdı

Təxminən iki il əvvəl yol qəzasından sonra komaya düşən və bir həftə komada qalan avstraliyalı Ben Makmahon komadan çıxanda çincənin mandarin ləhcəsində danışmağa başlayıb. Üstəlik ana dili olan ingiliscəni tamamilə unudub. 

ANN.Az-ın xarici mətbauata istinadən xəbərinə görə, Makmahon ana dilini üç gün sonra xatırlamağa başlayıb. 

Makmahon məktəb illərində çincənin bir ləhcəsi olan mandarini öyrənmişdi, ancaq heç bir zaman axıcı danışa bilməmişdi. Komadan çıxanda ana dili kimi mandarincə danışmağa başlayan Makmahon Şanxayda təhsil almağa başlayıb və çincə turizm bələdçisi belə olub. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM