Komitə sədrlərinə və deputatlara yeni hüquq verilir

16:15 | 08.12.2015
Komitə sədrlərinə və deputatlara yeni hüquq verilir

Komitə sədrlərinə və deputatlara yeni hüquq verilir

 Milli Məclisin (MM) komitə sədrlərinə parlamentin plenar iclaslarında növbədənkənar çıxış etmək hüququnun verilməsi təklif edilir. 

"Report"un xəbərinə görə, bu məsələ MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Milli Məclisin Daxili Nizamnaməsinə təklif edilən dəyişikliklər layihəsində əksini tapıb.

Hazırkı nizamnaməyə əsasən, Milli Məclisin iclasında növbədənkənar çıxış etmək hüququna Azərbaycan Prezidenti, Milli Məclisin sədri və sədr müavinləri malikdir.
İclasda həmçinin deputatlara eyni anda iki komitənin üzvü olmaq hüququnun verilməsi də təklif edilib.

Dəyişiklik layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.   

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM