• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

“Kommersant” - Türkiyə Rusiyaya sanksiya tətbiq edilən malların tranzitini dayandırıb

“Kommersant” - Türkiyə Rusiyaya sanksiya tətbiq edilən malların tranzitini dayandırıb
09.03.2023 16:59
Türkiyə gömrük orqanları sanksiya tətbiq edilən malların Rusiyaya tranzitinin rəsmiləşdirilməsini əngəlləməyə başlayıb. Bu barədə bazar iştirakçılarına istinadən "Kommersant FM” radiostansiyasının Teleqram kanalı məlumat yayıb.


Qeyd olunur ki, söhbət paralel idxal vasitəsilə Rusiyaya gedən mallardan gedir. Satıcılar üçün bu addım gözlənilməz olub və onlar təcili olaraq sanksiyaya məruz qalan malların tranzitinin başqa variantlarını axtarırlar.

"Optimaloq” şirkətinin baş direktoru Georgi Vlastopulo təsdiqləyib ki, Türkiyə gömrük sistemi qeyri-türk mənşəli malların tranzit rəsmiləşdirilməsini bloklayır.

Transasia Logistics-in kommersiya direktoru Valeriya Savenkova qeyd edib ki, tranzitin dayandırılması ilə bağlı məlumatın rəsmi təsdiqini gözləməyə dəyməz. Belə olan halda Türkiyə Rusiyaya sanksiya tətbiq edilən məhsulların tədarükü ilə məşğul olduğunu etiraf etməli olacaq.

Martın 3-də Bloomberg yazıb ki, ABŞ Çin, Türkiyə və Özbəkistana mal göndərən şirkətlərini anti-Rusiya sanksiyalarından yan keçmələri ilə hədələyib.
 
ABŞ bizneslərə xəbərdarlıq edib ki, Rusiyaya Qərbin sanksiyalarından yayınmağa kömək edə biləcək sövdələşmələrə diqqət yetirsinlər - xüsusən də Çin, Türkiyə və bir neçə başqa ölkəni əhatə edirsə.

Martın 4-də Bloomberg yüksək rütbəli avropalı diplomata istinadən Rusiya idxalının həcminin 2020-ci il səviyyəsinə qayıtdığını bildirib.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya nümayəndələrinin Azərbaycana səfəri gözlənilir
Siyasət 07:24
Rusiya nümayəndələrinin Azərbaycana səfəri gözlənilir
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Siyasət 20:50
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 18:10
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Siyasət 15:18
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Siyasət 11:07
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Siyasət 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Siyasət 14:29
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Prezident venesuelalı həmkarını təbrik edib
Siyasət 11:25
Prezident venesuelalı həmkarını təbrik edib
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Siyasət 22:50
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol