Koronavirusa yoluxan azərbaycanlı: "Çox axmaq xəstəlikdir, özünüzü qoruyun" - VİDEO

12:52 | 24.04.2020
Koronavirusa yoluxan azərbaycanlı:

Koronavirusa yoluxan azərbaycanlı: "Çox axmaq xəstəlikdir, özünüzü qoruyun" - VİDEO

Moskva şəhərində koronavirusa yoluxan azərbaycanlı kişi miqrant olduğundan ona tibbi yardım göstərilməyib.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə müğənni Rəqsanə İsmayılovanın sosial şəbəkədə paylaşdığı videoda danışıb:

"Bu yaxın zamanlarda virusa yoluxdum. Vəziyyətim pisləşdi, evdə yatdım. Dəfələrlə təcili yardım çağırdım, miqrant olduğum üçün gəlmədilər. Rusiya dövləti bizə heç bir kömək etmədi. Vəziyyətim getdikcə ağırlaşdı, məcbur olub Rəqsanə xanımdan kömək istədim.
 
Sağ olsun, yardım əlini uzatdı. Məni Moskvada xəstəxanaya yerləşdirdi. Nə lazımdırsa, edildi. İndi şükür, yaxşıyam. Rəqsanə xanımın və onun çevrəsindəki insanların sayəsində həyatdayam.
Rəqsanə xanım olmasaydı, indi yox idim. Həyatımı ona borcluyam. Ay xalqım, ay millətim, çox axmaq xəstəlikdir, özünüzü qoruyun. Evdən çıxmayın".

Rəqsanə İsmayılova videonu paylaşarkən bu şəxsin onun xəstəxanaya yerləşdirdiyi dördüncü COVİD-19 virusu daşıyıcısı olduğunu qeyd edib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM