Korrupsioner məmurlar həbs edildi

13:42 | 11.07.2014
Korrupsioner məmurlar həbs edildi

Korrupsioner məmurlar həbs edildi

Dövlət büdcəsindən ayrılmış vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.Baş Prokurorluqdan Axar.az verilən məlumata görə, araşdırmalar zamanı Beyləqan rayonunun Şərq qəsəbəsi, Allahyarlı, Bolsulu və Eyvazalılar kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və yerli bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri müəyyən edilib. Kənd sakinləri guya buğda əkmələri barədə sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsindən ayrılmış 14 min 278  manat pul vəsaitini mənimsəyib və israf ediblər.Faktla bağlı Cinayət Məcəlləsinin  179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM