Korrupsioner polkovnikin işi məhkəməyə göndərildi

11:30 | 23.08.2014
Korrupsioner polkovnikin işi məhkəməyə göndərildi

Korrupsioner polkovnikin işi məhkəməyə göndərildi

Polkovnik Mirzəli Yusifovun cinayət işi artıq yekunlaşıb.Bu barədə Axar.az-a hərbi mənbələrdən məlumat verilib.Mənbə polkovnikin cinayət işi ilə bağlı bir sıra şəxslərin dindirildiyini, istintaqın tamamlanaraq artıq məhkəməyə də göndərildiyini deyib.Faktı dəqiqləşdirmək üçün Hərbi Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdlərimiz uğursuz alındı.Mirzəli Yusifov yanvarın 13-də həbs edilmişdi. Həbs edilən zaman isə o Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri müəyyənləşdirilmişdi.

Xatırladaq ki, M.Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) qərargah rəisi təyin edilən M.Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini də icra edib. Zakir Həsənov Müdafiə naziri təyin edildikdən sonra M.Yusifov vəzifədən uzaqlaşdırılıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM