Kosmetik məhsullar xərçəng riskini artırır

22:40 | 30.10.2015
Kosmetik məhsullar xərçəng riskini artırır

Kosmetik məhsullar xərçəng riskini artırır

Kosmetik məhsullarda ən çox istifadə edilən "paraben” adlı kimyəvi maddənin, kanserogen xassəli olduğu və sinə xərçəngi riskini artırdığı daha əvvəldən də məlum idi. 

Kaliforniya Universiteti alimlərinin apardığı araşdırmanın nəticəsində, "paraben” maddəsinin hədsiz təhlükəli olduğu və çox aşağı dərəcədə istifadə edildikdə belə, sinə xərçəngi riskini artırdığı ortaya çıxıb. 

Laboratoriya mühitində sinə xərçəngi hüceyrələri üzərində aparılan araşdırmada, paraben və heregulin adı verilən maddələrlə bu hüceyrələrin böyümə faktorları arasındakı əlaqə analiz edilib. Parabenlərin təsir etdiyi xərçəng hüceyrələrinin böyümə faktorlarını tətikləyən genləri aktivləşdirdiyi müəyyən edilib.

Yeni araşdırma paraben maddəsinin aşağı dozalarda istifadə edildikdə belə, xərçəng hüceyrələri üzərində güclü təsir yaratdığını göstərib. 

Araşdırmaya başçılıq edən professor Deyl Leytman tədqiqatları laboratoriya şəraitində gerçəkləştirdiklərini vurğulayaraq, parabenin insan bədənində də eyni nəticəyə yol açacağının hələ dəqiq olmadığını bildirib.

Kanserogen paraben maddəsi şampun, krem, sabun, üz lasyonu kimi bir çox kosmetik və təmizlik məhsullarının tərkibinə olan və ən çox istifadə edilən maddədir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM