Rüstəm Qasımov
Londonun mərkəzində möhtəşəm bir memorial kompleks diqqətləri cəlb edir, bu, Böyük Britaiyanın ən məşhur kraliçası Viktoriyanın dövründə əri Albertin şərəfinə tikdirdiyi memorial kompleksidir.
Kompleksin yerləşdiyi məkan çox qələbəlik yerdədir, burada hər zaman gəzişən insanları, istirahətə eləməyə çıxmış londonluları görmək mümkündür. Bu heyratamiz abidə 1861-ci ildə 120000 funt sterlinqə başa gəlib.
Abidənin yanından etinasızca keçmək sadəcə mümkünsüzdür, yaxınlıqdan keçən insan mütləq ona diqqət yetirir.
C.H. Skottun rəhbərliyi altında tikilmiş abidə komplesi neoqotik üslubdadır, onun açılış mərasimi isə 1876-cı ildə baş tutub.
Kompleks forma baxımından olduqca gözəldir, dam örtüyü olan mərkəzi hissədə şahzadə Albert əyləşib, onun heykəlini heykəltaraş Tomas Brok yaradıb. Albertin heykəli kompleksin düz qabağında yerləşən dünyaca məşhur Albert musiqi kompleksinə baxır.
Abidədə kraliça Viktoriya dövründə fəaliyyət göstərən tanınmış bəstəkarların, müəllimlərin, şairlərin, rəssamların və başqa tanınmışların heykəlləri yonulub.
Böyük Britaniya kraliçası Viktoriyanın çox sevdiyi əri Albertin şərəfinə tikdirdiyi 54 metr uzunuğundakı abidə kraliçanın öz sevgilisinə olan sonsuz məhəbbətini əks etdirir. Bu gün bu abidə Britaniyanı dünyada tanıtdıran ən möhtəşəm tarixi abidələrdən biri sayılır.
Fotosessiynı təqdim edirik .
Xoş seyrlər:
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !