Kravçuk: “Rusiya Ukraynanı zəbt etsə bu onun sonu olacaq"

19:43 | 23.08.2016
Kravçuk: “Rusiya Ukraynanı zəbt etsə bu onun sonu olacaq

Kravçuk: “Rusiya Ukraynanı zəbt etsə bu onun sonu olacaq"


"Əgər Rusiya Ukraynanı zəbt etmək istəsə, bu onun sonuncu günü olacaq”.

Bunu birinci Ukrayna prezidenti Leonid Kravchuk ölkənin müstəqilliyinin 25-ci ildönümü münasibətilə Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

Ukraynada müstəqillik günü avqustun 24-də qeyd edilir.

Kravchuk deyib ki, belə halda sivilizasiyalı dünya Rusiyanı tam təcrid vəziyyətə salacaq və o tezliklə dağılmağa başlayacaq.

O qeyd edib ki, Ukrayna baş tutub, amma dövlət bu müddət ərzində xalqı birləşdirə bilməyib və onu layiqli həyat səviyyəsinə qaldıra bilməyib.

Keçmiş prezident korrupsiyanın əvvəlkindən daha çox olduğunu və bunun ölkənin tez inkişafına başlıca əngəl olduğunu vurğulayıb. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb