• $
  • £

Kreml Putinin Baydenlə görüşü barədə açıqlama verib

Kreml Putinin Baydenlə görüşü barədə açıqlama verib
04.10.2024 17:30

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Baydenin G20 sammitində görüşünü müzakirə etmək üçün heç bir əsas yoxdur, belə danışıqlar aparılmayıb.Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib. 


"Bu mövzuda hər hansı danışıqlar aparılmayıb və hazırda belə bir görüş üçün heç bir əsas yoxdur, baxmayaraq ki, prezident dəfələrlə bildirib ki, o, bütün təmaslara açıqdır," - Peskov vurğulayıb.


O, ABŞ Prezidenti Baydenin 3 oktyabrda G20 və ya Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində Putinlə mümkün görüşdən imtina etməməsi ilə bağlı sözlərini şərh edib. Bununla yanaşı, ABŞ Prezidenti Rusiyanın prezidentinin bu tədbirlərə qatılacağına şübhə etdiyini bildirib.


Peskov əlavə edib ki, sammitə səfər barədə qərar hələ verilməyib.


G20 sammiti 18-19 noyabr tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. Braziliya təşkilata üzv olan bütün dövlət başçılarına dəvət göndərəcəyinə söz verib.

 

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Venesuelada 7 günlük matəm elan edilib
Dünya 22:53
Venesuelada 7 günlük matəm elan edilib
Vens İrana qarşı müharibə ehtimalını istisna etməyib
Dünya 22:11
Vens İrana qarşı müharibə ehtimalını istisna etməyib
İsrail HƏMAS-ın raket buraxılış qurğularını məhv edib
Dünya 22:00
İsrail HƏMAS-ın raket buraxılış qurğularını məhv edib
İsrail hücumları nəticəsində Livanda ölənlərin sayı 4300-ə yaxınlaşır
Dünya 21:40
İsrail hücumları nəticəsində Livanda ölənlərin sayı 4300-ə yaxınlaşır
İsti hava Eyfel qülləsini əyir və uzadır
Dünya 15:16
İsti hava Eyfel qülləsini əyir və uzadır
Kriptovalyuta Tramp ailəsinə 1,4 milyard dollardan çox qazandırıb
Dünya 09:51
Kriptovalyuta Tramp ailəsinə 1,4 milyard dollardan çox qazandırıb
İran, ABŞ və Livan atəşkəsə nəzarət üçün birgə komitə yaradacaq
Dünya 23:59
İran, ABŞ və Livan atəşkəsə nəzarət üçün birgə komitə yaradacaq
Venesuelada zəlzələ qurbanlarının sayı 1 900-ü keçib
Dünya 23:27
Venesuelada zəlzələ qurbanlarının sayı 1 900-ü keçib
Suriya ilə Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub
Dünya 22:47
Suriya ilə Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol