Krım Tatar Məclisi "ekstremist" təşkilat elan edildi

20:40 | 26.04.2016
Krım Tatar Məclisi

Krım Tatar Məclisi "ekstremist" təşkilat elan edildi

Məclis Krım tatarlarının səlahiyyətli təşkilatıdır

Rusiyanın ilhaq etdiyi Krım yarımadasındakı məhkəmə Krım-Tatar Məclisini "ekstremist" təşkilat elan edərək, onun Rusiya ərazisində fəaliyyətinin qadağan olunması haqda qərar çıxarıb.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Rusiyanın Ədliyyə Nazirliyi də Krım-Tatar Məclisini fəaliyyəti federasiya ərazisində qadağan olunan "ekstremist" təşkilatlar siyahısına daxil edib.

Qeyd edək ki, bu ilin fevralında ilhaq edilən Krımın prokuroru Natalya Polonskaya təşkilatın "anti-Rusiya" istiqmətində fəaliyyət göstərdiyi haqda iddia qaldımışdı. O, Məclisin rəhbərləri Mustafa Cəmilev və Refat Çubarovun da anti-Rusiya fəaliyyətindən narahatlığını bildirmişdi.

Məclis Krım tatarlarının səlahiyyətli təşkilatıdır. Təşkilatın liderləri Mistafa Cemilev və Refat Çubarov yarımadanın Rusiya tərəfindən ilhaqına qarşı çıxış edirlər. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb