Krım tatarları muxtariyyət tələb edir

14:31 | 19.05.2014
Krım tatarları muxtariyyət tələb edir

Krım tatarları muxtariyyət tələb edir

Krım tatarları Krımda milli-ərazi muxtariyyətinin yaradılması yolu ilə özünütəyin hüququ olduğunu bəyan edir. ANS PRESS-in məlumatına görə, Kiyevdə keçirilən və tatarların Krım yarımadasından deportasiyasının 70-ci ildönümünə həsr edilmiş kütləvi mitinqin qətnaməsində belə deyilir. Sənəddə Krım tatarlarının tarixi adların bərpası, Krım hakimiyyət orqanlarında təmsil olunmağa təminat, Krım tatarlarının qurultayının tanınması və Krım tatarlarına qarşı ayrıseçkiliyə son qoyulması kimi tələblər irəli sürülüb. Qətnamə müəlliflərinin fikrincə, 70 il əvvəl olduğu kimi, indi də Krım tatarlarına qarşı zorakılığa yol verilir, onların toplaşmaq hüququ əllərindən alınır. Həmin qətnamənin qəbul edildiyi mitinqdə 30 minə yaxın Krım tatarının iştirak etdiyi bildirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb