“Krokus” işi üzrə təqsirləndirilən şəxslərdən biri xaricə qaçmaq istəyib

10:23 | 16.09.2024
“Krokus” işi üzrə təqsirləndirilən şəxslərdən biri xaricə qaçmaq istəyib

“Krokus” işi üzrə təqsirləndirilən şəxslərdən biri xaricə qaçmaq istəyib

"Crocus City Hall" konsert zalına hücumla bağlı təqsirləndirilən şəxs Yakubconi Yusufzoda  terror aktından dərhal sonra Rusiyadan xaricə qaçmağı planlaşdırıb. Bu barədə Moskva Şəhər Məhkəməsinin qərarında deyilir. 


Bir neçə gün öncə Moskvanın Basmannı məhkəməsi Moskva yaxınlığındakı Crocus City Hallda terror aktı törətməkdə şübhəli bilinən 4 məhbusun həbs müddətinin uzadılması barədə qərar qəbul edib.
 
Həbs olunanlarıara qarşı yeni ittiham irəli sürülüb. İş materiallarına görə, onlar həmçinin terrorçuluq təlimi keçməkdə və terror təşkilatında iştirakda ittiham olunurlar. 

Daha əvvəl bildirilmişdi ki, Krasnoqorsk Krokusunda baş verən terror aktı ilə bağlı artıq ifadə verən yeni şahid meydana çıxıb.
 
Sonuncu aprelin 4-də saxlanılıb, o, istintaq çərçivəsində həbs edilən 11-ci şəxs olub.
 
Martın 22-də axşam saatlarında Moskva Crocus City Hall konsert zalında terror aktı baş verib. Piknik qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Ertəsi gün onlar tutularaq mayın 22-dək istintaq təcridxanasına göndərilib. Terror aktı Beslan faciəsindən sonra Rusiyada ən böyük terror aktıdır.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM