Kuba və ABŞ uçuşları bərpa edir

11:37 | 26.08.2016
Kuba və ABŞ uçuşları bərpa edir

Kuba və ABŞ uçuşları bərpa edir

Əlli il ərzində ABŞ və Kuba arasında ilk birbaşa müntəzəm reys avqustun 31-də Amerikanın "JetBlue” şirkəti tərəfindən həyata keçiriləcək. Təyyarə Santa-Klarudan Fort-Loderdeyldən (Florida) havaya qalxacaq.  

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə avqustun 25-də adanın nəqliyyat nazirinin müavini Eduardo Rodriqes bildirib. 

"Müntəzəm reyslərin bərpası iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması prosesində müsbət addımdır”, - "Globovision” kanalı Rodriqesin jurnalistlərə dediyi sözlərdən sitat gətirib. 

Bu uçuş 1963-cü ildən bəri ABŞ və Kuba arasında ilk müntəzəm reys olacaq. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb