Kubik rubiki sürətli yığan robotdan YENİ REKORD - VİDEO

17:33 | 12.11.2016
Kubik rubiki sürətli yığan robotdan YENİ REKORD - VİDEO

Kubik rubiki sürətli yığan robotdan YENİ REKORD - VİDEO

Sub1 Reloaded adlı robot kubik rubikin yığılmasında öz rekordunu təzələyib.

Belə ki, bu dəfə kubik rubikin yığılmasına robot 0.637 saniyə vaxt sərf edib. Qeyd etmək lazımdır ki, insanlar arasında kubik rubiki ən sürətli yığma rekordu hollandiyalı Mats Valk-a aiddir. O, bunu 4.74 saniyə ərzində edib. Robotlar arasında isə ən sürətlisi Sub1 olub.
 
Onun əvvəlki rekordu 0.887 saniyədir.
 
"Technote.az”ın "Naked-science.ru”a istinadən verdiyi xəbərə əsasən robotun mühəndisləri robota "Infineon” şirkətinin yeni nəsil prosessorunu yerləşdiriblər. Bu prosessorlardan avtomobillərin avtopilotları üçün istifadə olunacaq.
 
Sub1 robotunun 0.637 saniyəlik rekordu incələndikdən sonra Ginnesin Rekordlar Kitabına daxil ediləcək.
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb