İsrafil İsrafilov yenidən Akademik Milli Dram Teatrının direktoru vəzifəsinə təsdiqlənib
![İsrafil İsrafilov yenidən Akademik Milli Dram Teatrının direktoru vəzifəsinə təsdiqlənib İsrafil İsrafilov yenidən Akademik Milli Dram Teatrının direktoru vəzifəsinə təsdiqlənib](https://anews.az/photo/850x500/2015-08/1441043232_457b631b7084abf734decdceed84864d.jpg)
Onun Mədəniyyət və Turizm Nazirliyi ilə olan müqaviləsi bu gün yenilənib
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov yenidən bu vəzifəni daşıyacaq.
APA-nın teatrdan əldə etdiyi məlumata görə, onun Mədəniyyət və Turizm Nazirliyi ilə olan müqaviləsi bu gün yenilənib.
Qeyd edək ki, bu gün həmçinin Azərpaşa Nemətov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib və kollektivə təqdim olunub.
Xatırladaq ki, İ. İsrafilov ilk dəfə 2010-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru təyin edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər