• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda premyeraların paradı - FOTOLAR

Musiqili Teatrda premyeraların paradı - FOTOLAR
08.07.2016 16:29
Azərbaycan Dövlət Musiqili Teatrı növbəti həftənin son günü – 17 iyul tarixində cari mövsümə yekun vuracaq.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, tamaşaçılara bağlanış həftəsində mövsüm boyu premyerası keçirilən səhnə əsərləri təqdim olunacaq. Belə ki, 14 iyul saat 19.00-da "Min bir gecə” nağıllarının motivləri və SSRİ Xalq artisti F. Əmirovun musiqiləri əsasında hazırlanan "999-cu gecə” böyüklər üçün nağıl-tamaşası nümayiş olunacaq. Tamaşanın premyerası 25 may 2016-cı il tarixində keçirilib. Xatırladaq ki, bu səhnə əsərinin quruluşçu-rejissoru İradə Gözəlova, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Sevinc Məmmədova və Sara Kərimlidir. Tamaşada rolları aktyorlar Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Gülnarə Abdullayeva, Elçin İmanov və Elməddin Dadaşov ifa edəcəklər.

15 iyul saat 19.00-da tamaşaçılara SSRİ Xalq artisti Rauf Hacıyevin məşhur "Qafqazlı qardaşqızı” iki hissəli operettası təqdim olunacaq. Süjet xəttinin əsasını ağlasızmaz intriqalar və saf sevgi uğrunda mübarizə təşkil edən səhnə əsəri ilk dəfə 25 sentyabr 2016-cı il tarixində nümayiş olunub. Teatrın rus bölməsində hazırlanan, beynəlxalq layihə kimi Musiqili Teatrın tarixinə yazılan tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əli Usubov, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu-baletmesterləri Leyla və Zakir Ağayevlərdir. Tamaşada rolları Əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, aktyorlar Nicat Əli, Emil Heydərov, Marina Litvinenko, Firuz Məmmədov, Yuliya Heydərova, Elçin İmanov və Rauf Babayev ifa edəcəklər.

Musiqili Teatrda premyeraların paradına 16 iyul saat 19.00-da "Baladadaşın toy hamamı” (Elçin) iki hissəli musiqili-lirik komediyası ilə yekun vurulacaq.
 
Qeyd edək ki, Xalq yazıçısı Elçinin məşhur hekayələrinin motivləri əsasında hazırlanan səhnə əsərinin premyerası Milli Teatr Günü – 10 mart 2016-cı il tarixində baş tutub və 3 gün ardıcıl olaraq anşlaqla oynanılıb. Tamaşanın quruluşçu-rejissoru, Xalq artisti, "Şöhrət” ordenli Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Tamaşada səslənən manhnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərova, Çingiz Əhmədov, aktyorlar Məhərrəm Qurbanov, Əmrah Dadaşov, Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Fərid Rzayev, Aydan Həsənova, Gültac və Hüseyn Əlililər, Elçin İmanov, Şaban Cəfərov, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Nigar Qarayeva, Nahid İsgəndərzadə və Rahib Məmmədzadə ifa edirlər. 

Azərbaycan Dövlət Musiqili Teatrı cari mövsümü xoş ovqatla yekunlaşdırmaq arzusunda olan hər kəsi premyeraların paradına dəvət edir. Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.
 








www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol