• $
  • €
  • ₽
  • ₺
  • £

Şəfiqə Məmmədova: "Rasim Balayevin kabineti yoxdur deyə, indi belə danışır"

Şəfiqə Məmmədova: "Rasim Balayevin kabineti yoxdur deyə, indi belə danışır"
29.05.2020 01:30
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova Xalq artisti Rasim Balayevin onun barəsində səsləndirdiyi tənqidi fikirlərə cavab verib.

Ş.Məmmədova "Ölkə.Az"a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevlə görüşdə özü üçün heç nə istəməyib:

"Rasim də nə vaxtsa kabinetdə oturub. Amma təəssüf ki, indi kabineti yoxdur. Ona elə gəlir ki, mən özüm üçün kabinet istəmişəm.  Mən özüm üçün heç nə istəməmişəm. İstədiyim kabinet yox, kinematoqrafçılar üçün bina olub. 

Şəfiqə Məmmədova Rasim Balayevin "Birinci kino olmalıdır, sonra onun ittifaqına bina axtarılmalıdır" fikrinə də münasibət bildirib:

"İttifaq açılıbsa, binası da olmalıdır. Binası olmayan ittifaq kimə lazımdır? Görünür indi Rasim Balayevin kabineti yoxdur deyə, belə açıqlama verir. Prezident görüşdə qeyd etdi ki, təkliflərinizi verin. Prezidentin tapşırığı ilə  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini hazırlayıb göndərəcəyik. Həmin təkliflərdə təkcə bina ilə bağlı yox, digər vacib təklifləri də qeyd edəcəyəm". 
Qeyd edək ki, Rasim Balayev musavat.com-a açıqlamasında Şəfiqə Məmmədovanın  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü zamanı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına bina istəməsini tənqid etmişdi:

"Dəvət olunsaydım, mənim də deyəcəyim sözlər vardı. Mehriban Zəkinin Allah canını sağ eləsin. Mənim ürəyimdəkiləri dedi. Mən də getsəydim, kinomuzun problemlərini dilə gətirəcəkdim. Kimisi kino üçün çalışır, Şəfiqə kimilər də özünə kabinet axtarır. Şəfiqə Məmmədova deyir ki, Kino İttifaqının binası yoxdur. Ay Şəfiqə, birinci kino olmalıdır, sonra onun ittifaqına bina axtarılmalıdır. Zeynəb Xanlarova da deyir ki, şikayət etməyin. Camaatın ildə bir dəfə prezidenti görüb, fikirlərini deməsi normaldır. Sənət adamlarının problemləri deyilməlidir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol