• $
  • €
  • ₽
  • ₺
  • £

Cem Yılmaz Miri Yusiflə bağlı fikirlərinə aydınlıq gətirdi - FOTO

Cem Yılmaz Miri Yusiflə bağlı fikirlərinə aydınlıq gətirdi - FOTO
17.11.2019 17:29
Xəbər verdiyimiz kimi Türkiyənin məşhur komediya ustası Cem Yılmaz Bakıya gəlib. O, iki gün "stand-up” şousu ilə "Konqres Mərkəz”də çıxış edib. 
Oxu.Az xəbər verir ki, öncə mətbuat konfransında, daha sonra isə "stad-up” şousunda Cem yenicə Xalq artisti adına layiq görülmüş Miri Yusifə sataşıb. 
"Azərbaycan sənətçilərindən kimi tanıyırsınız?” sualına aktyor "Mən də bir həftə Azərbaycanda qalsam, Miri Yusif kimi xalq artisti olaram” deyərək media nümayəndələrinin üzünü güldürüb.

Daha sonra səhnəyə çıxan Cem Miri Yusifə ikinci dəfə söz atıb. O, xalq artistinin "Səndən bir dənədir” mahnısını "Məndən bir dənədir” deyərək zümzümə edib. Məşhurun bu çıxışı isə sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. 
Bu gün isə Şəhidlər xiyabanını ziyarətə edən sənətçi Miri Yusiflə bağlı etdiyi zarafata aydınlıq gətirib. O, sənətçini sevdiyi üçün belə bir addım atdığını dilə gətirib:
"Miri Yusiflə dost deyiləm. Onu çox sevirəm. Eşitdim ki, yenicə "Xalq artisti” adına layiq görülüb. Bu isə çox önəmli fəxri addır. Mən də bir az onunla zarafat etdim. Hamı istəyər ki, "Xalq artisti” adına layiq görülsün. Çox gözəl hissdir. Onun xətrinə dəyəcək nəsə deməmişəm. Bu fəxri ada sahib olmaq isə bir həftə içində olacaq bir şey deyil (gülür)”.
Cem Yılmaz ötən gün baş tutan konsetdən məmnun qaldığını söyləyib:
"Ötən axşam gözəl konsert keçdi. Həyacanlı idim. Ümüd edirəm ki, tamaşaçılar mənim çıxışımı bəyəndilər. Hər şey ürəyimcə oldu. Özüm özümə dedim ki, kaş mərifətli bir iş etsəydim (gülür). Təbii ki, bu işdən də məmnun qaldım. Mənə qarşı olan diqqət çox gözəldir. Səhnədə də bunu söylədim ki, bizim Azərbaycana daha çox gəlməyimiz lazımdır. Bir çox yaxın dostlarıma da söyləyəcəyəm ki, burda olan sənətçilərlə görüşüb, onlarla çoxlu vaxt keçirtməliyik. Bərabər işlər görməliyik. Birlikdə filmlər çəkib, musiqilər yazmağımız lazımdır. Biraz da yaxınlaşmağımız lazımdır”.
 
 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol