• $
  • €
  • ₽
  • ₺
  • £

Çingiz Əhmədovdan həmkarına sərt mesaj: "Rəhman “kukla oynadan” olub da, kim olub ki?!"

Çingiz Əhmədovdan həmkarına sərt mesaj: "Rəhman “kukla oynadan” olub da, kim olub ki?!"
18.11.2019 23:26
Çingiz müəllimin qadasını alaram. Amma məndən küsüb. Haqlıdır, düz edib.

Bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Xəzər” TV-də yayımlanan "X maqazin” proqramında dilə gətirib.

 Rəhman Rəhmanov

O, daha sonra həmkarı, Əməkdar artist Çingiz Əhmədovla aralarında yaşanan incikliyi belə şərh edib:
"60 illik yubileyimdə birlikdə fotomuzu ekrana verdim. Ancaq Çingiz barədə danışmadım. Ondan küsüb. Həmin an durub zalı tərk edib”.
R.Rəhmanovun söylədiyi fikirlərə qarşı tərəfdən cavab gəlib. Oxu.Az-ın əməkdaşı ilə söhbətində, "Papa” deyərək müraciət edən adam axırda mənə düşmən kəsilib” deyərək, ilginc açıqlamalar verib:
"60 illik yubileyində məni də qonaq çağırdı.Hamının adını çəkdi, bir məndən başqa. Halbuki mənə hər zaman "papa” deyib. Həmin o "papa” axırda buna guya düşmən kəsilib. Ona görə də arvadına da, baldızına da dedim ki, Rəhman, qurtardım. Konsertdən çıxan camaat da söylədi ki, "çörəyin gəlsin bunun gözündən”.
Ç.Əhmədov həmkarını "Kukla oynadan” adlandırıb:
"Bu iki il ərzində bir neçə dəfə üz-üzə gəlmişik. Bir müddət öncə Fəxri xiyabanda bir yerdə idik. Amma onu görüb, çıxıb getmişəm. Mənimlə barışmaq üçün çox addımlar atıb. İnsanlar bizi neçə dəfə barışdırmaq istəyib, amma mən yaxın durmaq istəmirəm, durmuram da.
Həftənin üçüncü günü məni canlı efirlərin birinə qonaq çağırıblar. Dedilər ki, bəs Rəhman efirə qatılıb, sizinlə barışmaq istəyir. Cavab olaraq söylədim ki, o gəlsə, mən çıxıb gedəcəyəm.
Xətrimə çox pis dəyib. Onu bataqlıqdan mən çıxarmışam. Dəfələrlə onu özümlə verilişlərə bir yerdə aparmışam. Rəhman "Kukla oynadan” olub da, kim olub ki?!”

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol