• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda tanınmış müğənnilər yol qəzasında ölüb - SİYAHI

Azərbaycanda tanınmış müğənnilər yol qəzasında ölüb - SİYAHI
28.05.2020 21:47
Sənət aləminin bir çox tanınmış siması yol qəzası zamanı dünyasını dəyişib.
Anews.az Redaktor.az-a istinadən yol qəzasında ölən yerli məşhurların siyahısını təqdim edir:
Müğənni Şəfa Hüseynova - 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində anadan olub. 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub. Şəfa "Geri dön" və "Sevgi qatarı" mahnıları ilə tanınıb. 
Reper Hüseyn Dərya - 1975-ci il iyunun 29-da Bakının Bakıxanov qəsəbəsində anadan olub. 2014-cü il martın 14-də gecə saatlarında avtomobil qəzası keçirib. Martın 15-də səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.
Müğənni Rəcəb Musayev - Tamaşaçılar Rəcəbi "Yeni ulduz 2" müsabiqəsindən tanıyırdı. Yarışmanın qalibi olmuşdu. Mərhum müğənni 2011-ci il yanvarın 8-də yol qəzası keçirib. Ağır xəsarətlə 3 saylı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Müğənni Leyla - Leyla da tamaşaçılara "Yeni ulduz" müsabiqəsindən tanışdır. O, eyni zamanda, "Əziz müəllimim" adlı məşhur mahnını ifa edən sənətçilərdən biri olub. Uzun müddət Rusiyada yaşayan Leyla, Bakıya qayıtmış və sənəti ilə məşğul olmağa başlamışdı. Gecə saatlarında evinə gedərkən avtomobili ilə qəza keçirib, dünyasını dəyişib. 
Aktyor Ramiz Əliyev - Hər kəs onu "Çal-çağır" verilişində "Böyük xanım" rolu ilə tanıyırdı. Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının aktyoru idi. 2003-cü il avqustun 17-də avtomobil qəzası zamanı dünyasını dəyişib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol