• $
  • €
  • ₽
  • ₺
  • £

Əməkdar artistin qardaşını evində qətlə yetiriblər

Əməkdar artistin qardaşını evində qətlə yetiriblər
28.05.2020 23:50
"Qardaşımı evində qətlə yetiriblər. İllərdir bir arzum var ki, onu niyə öldürdüklərini bilim. Bir dostunu tutdular, indi həbsdən çıxıb da. Mənə xəbər göndərdi ki, çıxanda onu niyə və kimin öldürdüyünü deyim. Sona kimi boynuna almadı ki, mən öldürmüşəm. Amma onun üstündə qardaşımın qanı, cibində isə pul və qızıllar olub. Analarımız da rəfiqə idi. 1997-ci ildən indiyənə kimi səbəb bilinmir. O dedi ki, kiminsə günahını üstümə götürdüm. Yeganə qardaşım idi".
Anews.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "Space TV"də yayımlanan "Gəl dərdini danış" verilişində deyib.
Aktrisa illər əvvəl qətlə yetirilən qardaşından bəhs edib:
"Qardaşım öldürüləndə uşağı yeni doğulmuşdu. 40-ı çıxmamışdı deyə yoldaşı anası evində idi. Qardaşım onu öldürən dostu Fuadla qalırdı. Qardaşım bərbərxanada işləyirdi, şəhərin ən zəngin adamları onun yanına gedirdilər. Ölməzdən bir neçə gün əvvəl Fuad ondan pul istəmişdi. Yatdığı yerdə qardaşımın başına butulka ilə vurmuşdu".
Orucova gəlinlərinin qardaşının uşağını ona göstərmədiyini söyləyib:
"Gəlin hadisədə bizi günahlandırırdı. Oğlana atamın adını - Malik qoymuşduq. Nə qədər cəhd edirəm uşağı göstərmir bizə. Aramızda ev söhbəti oldu. Elə bildi ki, qardaşım öləndən sonra evi alacam əlindən. Amma etməzdim, həmin ev də ona qaldı. Eşitmişəm ki, uşaq Moskvada oxuyur, 23 yaşı var. Uşaq olanda gedib-gəlirdim, oyuncaq aparırdım. Gəlin dedi ki, ehtiyacımız yoxdur oyuncaqlara. Mən də pul, ərzaq yardımı edirdim". //Axsam.az.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol