• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Musiqili Teatrının kollektivi Mehriban Əliyevaya müraciət etdi

Dövlət Musiqili Teatrının kollektivi Mehriban Əliyevaya müraciət etdi
14.07.2014 18:10
Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciət edib. Bu barədə APA-ya Dövlət Musiqili Teatrından məlumat verilib. Bildirilib ki, Teatrın kollektivi M.Əliyevaya mərhum aktrisa Xanım Qafarovanın xəstəliyi dönəmində onun müalicəsi üçün edilən köməkliklərə görə minnətdarlıq məktubu göndərib. Məktubda deyilir: “Bizim teatrın aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti Xanım Qafarovanı Siz əvvəlcə Türkiyədə müalicə etdirdiniz. Məhz Sizin qayğı və şəfqətinizlə o, daha bir neçə ay yaşaya bildi. Lakin bu yetmədi. Vəziyyətinin ağırlaşdığını biləndə Siz onun müalicəsinin İsraildə davam etdirilməsi üçün göstəriş verdiniz. Təəssüf ki, səfərə hazırlıq ərəfəsində Xanım Qafarova dünyasını dəyişdi. Lakin Siz yenə də onun ailəsini tək buraxmadınız. Son ana qədər Xanım Qafarovanın doğmalarını diqqətdə saxladınız və ən ağır məqamlarda ailənin bütün qayğısını çəkdiniz, dəfn mərasimi, yas mərasimi zamanı onları çətinlik çəkməyə qoymadınız. Biz, Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi olaraq Sizə bu xeyirxahlığınız, diqqət və qayğınız üçün minnətdarıq”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol