Montoneqro Azərbaycanı “yaşıl siyahıya” saldı
![Montoneqro Azərbaycanı “yaşıl siyahıya” saldı Montoneqro Azərbaycanı “yaşıl siyahıya” saldı](https://anews.az/photo/850x500/2020-08/1596537352_2020-08-04-14-17-06oseyhr9hxqvbpwqy9v8t_file.png)
Monteneqro hökuməti yanında Milli Koordinasiya Şurası Azərbaycanı "yaşıl siyahıya” daxil etmək qərarına gəlib.
Siyahıya Azərbaycanla yanaşı, Rusiyanın adı əlavə edilib. Adıçəkilən ölkələrin vətəndaşlarının COVID-19 ilə əlaqədar əlavə şərtlər olmadan Monteneqroya girişinə icazəsi verilir.
Qeyd edək ki, iyunun 1-dən etibarən Monteneqroya xüsusi giriş meyarları tətbiq edilib. 100 min əhaliyə 25-dən çox COVID-19 halının qeydə alındığı ölkələrin vətəndaşları üçün sərhədlər bağlıdır.
"Yaşıl siyahı"ya Avropa Birliyi ölkələrinin böyük hissəsi daxil edilib.
www.anews.az
Bu siyahıya epidemioloji təhlükəsiz ölkələrin adları salınıb.