• $
  • €
  • ₽
  • ₺
  • £

“Bizim hekayələr, sizin dildə” kitabı nəşr olundu – İNGİLİSCƏ

“Bizim hekayələr, sizin dildə” kitabı nəşr olundu – İNGİLİSCƏ
17.06.2014 13:08
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Jurnalist Ekspert Mərkəzinin (JEM) “Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq” adlı 4 aylıq layihə çərçivəsində hazırladığı ingilis dilində kitab nəşr olundu. 
 
Azərbaycanın tanınmış 18 yazarının hekayəsi toplanan kitabın tərcüməçiləri - Sevil Gültən, Kamran Nəzirli, Xəqani Əliyev, Esmira Serova, Səadət İbrahimova, Cavanşir Yusifli, Günay Rəhimova olub. Mətnləri amerikalı mütəxəssis Phobe Lavri redaktə edib. 
 
Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlunun saytımıza verdiyi məlumata görə, iyunun 24-ü saat 12:00-da “Bizim hekayələr sizin dildə” adlı kitabın Beynəlxalq Mətbuat Mərkəzində təqdimatı olacaq.
 
Təqdimata müəlliflərlə yanaşı, səfirliklərin nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri də dəvət olunacaq.
 
JEM sədri layihənin həyata keçirildiyi ərəfədə mətbuatın verdiyi dəstəkdən olduqca razılıq ifadə edib və hər bir həmkarına təşəkkürünü çatdırıb: “Azərbaycan mətbuatının həmrəyliyi bütün dünyaya nümunə ola biləcək səviyyədədi. Məhz bu həmrəylik cəmiyyətin inkişafında başlıca amildi”.
 
QHT əməkdaşları tərəfindən əcnəbi həmkarlarımıza pulsuz paylanacaq kitabda aşağıdakı müəlliflərin hekayələri əksini tapıb: 
 
1. Musa Quliyev (Urud) - “Uruda iki səfər” 
2. Əjdər Ol - “Kamança” 
3. Rəşad Məcid - “10 sentyabr” 
4. Səlim Babullaoğlu - “Yağışlı axşamların birində”. 
5. Məqsəd Nur - “Ud” 
6. Afaq Şıxlı - “Bir insan ömrünün son gecəsi” 
7. Şahnaz Kamalova - “Savalan” 
8. Kamran Nəzirli - “Ağ ev” 
9. Xalid Kazımlı - ““Pəncşir aslanı”nın bənzəri” 
10. Kənan Hacı - “Boz ilan” 
11. Şərif Ağayar - “Anaxanım” 
12. Natiq Məmmədli - “Xəlbir” 
13. İlqar Rəsul - “Xərçəng və qırmızı tramvay” 
14. Azər Abdulla - “Bazarlıq” 
15. Qan Turalı - “Gənc qadının və Şaxta babanın qətli” 
16. Fəxri Uğurlu - “Leylinin məcnunluğu” 
17. Vüsalə Məmmədova - “Rəngləyən” 
18. Nicat Qafuroğlu - “O” 
JEM-in məlumatında xüsusi olaraq vurğulanır ki, dünyanın diqqətini Azərbaycan ədəbiyyatına cəlb etməyin yolu geniş arealı olan dildə təqdim olunmaqdı. Layihənin məqsədi odur ki, xarici oxucu Azərbaycanda ədəbi mühit olduğunu bilsin və bizim yazarların dünyanın tanınmış yazarlarından yaradıcılıq baxımından geri qalmadıqlarını görsünlər. 
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol