• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni yazıçı Azərbaycandan sığınacaq almağa hazırlaşır

Erməni yazıçı Azərbaycandan sığınacaq almağa hazırlaşır
10.06.2014 15:46

Ermənistanın Tavuş vilayəti qubernatorunun keçmiş müşaviri Lyubik Çibuxçyan siyasi sığınacaq almaq üçün Azərbaycana müraciət etməyə hazırlaşır. APA-nın məlumatına görə, bu barədə L. Çibuxçyan Ermənistan prezidenti Serj Sarkisyana yazdığı və “Aravot” qəzetində dərc olunmuş açıq məktubunda bildirib.

 

L. Çibuxçyan qeyd edib ki, o, S. Sarkisyana artıq 13-cü cavabsız məktubu yazır. Həyat yolu və ictimai-siyasi fəaliyyəti barədə yazan keçmiş müşavir deyib ki, Azərbaycanla müharibə zamanı faizə pul götürərək yanacaq alıb və Qarabağa daşıyıb: “Sizin adınızdan mənə mənzil hədiyyə etdilər, amma aydınlaşdı ki, mən xidməti mənzildə yaşayıram. Qubernator və Seyran Ohanyan məni aldatdılar. Keçmiş qubernator Pavel Asatryan mənə təqdimat zamanı evin açarlarını verdi və merə onu özəlləşdirməyi tapşırdı. Amma mer polislərin müşayiəti ilə gəlib məndən açarı aldı. Bu evdə indi "Armekonombank" yerləşir. Yeni qubernator işdən çıxmağım haqda ərizə yazdıraraq məni 108 min dram dilənçi maaşından da məhrum etdi”.

 

L. Çibuxçyan məktubda xatırladıb ki, S. Sarkisyan onu əməkdar incəsənət xadimi kimi qızıl medalla təltif edib. Lakin medalın təmizlənməsi zamanı məlum olub ki, medal dəmirdən hazırlanıb. O, medalı S. Sərkisyana qaytaracağını bildirib: “Ermənistanda həya yalnız bir insanda var – məndə. Buna görə mən sizinlə bir millətdən olduğuma görə utanıram. Mən indi Azərbaycandan siyasi sığınacaq xahiş etməyə hazırlaşıram”.

 

Qeyd edək ki, L. Çibuxçyanın Putin haqqında 1226 sətirlik və nöqtəsiz, bir cümlədən ibarət kitabı Ginnesin rekordları kitabına düşüb. 

 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol