• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Kliniki Tibbi Mərkəz şair Aqşin Yeniseyin vəziyyətinə aydınlıq gətirdi

Kliniki Tibbi Mərkəz şair Aqşin Yeniseyin vəziyyətinə aydınlıq gətirdi
29.05.2020 08:42
Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzi orada müalicə olunan şair Aqşin Yeniseyin vəziyyətinə aydınlıq gətirib.Kliniki Tibbi Mərkəzin baş həkimi Sultan Əliyev APA-ya açıqlamasında deyib ki, Aqşin Yeniseydə ağır xəstəlik olan qaraciyər serrozu aşkarlanıb.Onun sözlərinə görə, Aqşində xəstəliyin fəsadlaşmış astit formasıdır və qarnında maye toplanıb. Bu gün xəstənin özünə baş çəkdiyini, vəziyyəti ilə tanış olduğunu deyən S.Əliyev qeyd edib ki, son 2 gün ərzində xəstənin vəziyyəti xeyli yaxşılaşıb: “İki gün ərzində aparılan müalicə, edilən sistemlər nəticəsində durumu yüksəlib. Amma bu müalicə hələ bir müddət davam etməlidir. Yaxın 2 gün ərzində onun qarnına yığılan su çıxarılacaq. Xəstə hələ müşahidədir. İlk öncə onda infeksion hepatit ola biləcəyi ilə bağlı şübhələr vardı. Lakin bununla bağlı müayinə aparıldı və nəticədə infeksion hepatit təsdiqlənmədi. Bu gün Aqşin Yenisey infeksiya şöbəsindən terapevtik şöbədəki palataya köçürülüb və orada müalicəsini davam etdirir”.S.Əliyev xəstədə sarılığın yüksək olduğunu deyib. Onun sözlərinə görə, sarılıq qaraciyərin problemidir və işləməyəndə belə halla nəticələnir: “Onu imkan olduğu qədər müalicə edirik. Amma onu sonradan əməliyyat etməyin mümkün olub-olmayacağını  bu gün demək olmaz. Hələ 1-2 gün ona baxılsın, sonra araşdırılsın ki, xəstəni əməliyyat etmək mümkündür, ya yox. Bu xəstəlik uzun müddət ərzində inkişaf edib və son zamanlar vəziyyətində kəskin pisləşmə gedib. Bu gün üçün müalicə lazımdır və xəstəxanada lazımi müalicə aparılır. Vəziyyətində müsbət dinamika var. Amma bir az da müalicə olunmalıdır. Müalicələrdən sonra onun əməliyyat məsələsinə baxıla bilər”. A.Yeniseyin sonradan Mərkəzi Neftçilər Xəstəxanasına köçürülməsi ilə bağlı səsləndirilən fikirlərə gəlincə, S.Əliyev qeyd edib ki, bu məsələ gündəmdə deyil: “Müalicələrdən sonra ehtiyac olarsa, mütəxəssislər çağırılacaq və əməliyyatın mümkün olub-olmaması ilə bağlı rəy veriləcək. Hələ ki xəstə Kliniki Tibbi Mərkəzdə müalicə alır və hansısa digər xəstəxanaya köçürülməsi məsləhət deyil”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şamil Buksayev vəfat edib
Mədəniyyət 23:30
Şamil Buksayev vəfat edib
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir  – FOTOLAR
Mədəniyyət 18:16
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir – FOTOLAR
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
Mədəniyyət 13:26
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Xalq artisti Şahlar Quliyev vəfat edib
Mədəniyyət 09:56
Xalq artisti Şahlar Quliyev vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol