• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin qızları sərgidə - FOTOLAR

Prezidentin qızları sərgidə - FOTOLAR
07.05.2014 00:00
Heydər Əliyev Mərkəzində Lorens Cenkellin fərdi sərgisi açılıb

Mayın 6-da Heydər Əliyev Mərkəzində tanınmış fransız rəssamı və heykəltəraşı Lorens Cenkellin fərdi sərgisi açılıb.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva sərgi ilə tanış olublar.Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzdə iki layihənin təqdimatının keçirildiyini bildirib.Diqqətə çatdırılıb ki, artıq uzun illərdir dostluq münasibətimizin olduğu, Azərbaycan incəsənətinin xaricdə təbliği sahəsində ölkəmizin səfirinə çevrilmiş, tanınmış heykəltəraş Lorens Cenkellin təqdim edilən fərdi sərgisində qeyri-adiliyi ilə fərqlənən və müxtəlif dövlətlərin bayraqlarını özündə təcəssüm etdirən heykəllər nümayiş olunur.Mərkəzin direktoru Anar Ələkbərov fransız rəssamı və heykəltəraşı Lorens Cenkellə və sərginin kuratoruna dərin təşəkkürünü bildirib, bir neçə ay davam edəcək bu sərginin paytaxtımızın sakinləri və şəhərimizin qonaqları üçün çox maraqlı olacağını deyib.Diqqətə çatdırılıb ki, Mərkəzdə, həmçinin Heydər Əliyev Fondunun və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə layihəsi olan “Qız Qalası” V Beynəlxalq incəsənət festivalının təqdimat mərasimi keçirilir. Artıq ənənəyə çevrilmiş festivalda bu il 26 ölkədən 28 rəssam təmsil olunur. Festival çərçivəsində xüsusi təqdimatlar olacaq və mayın 9-da bağlanış mərasimi keçiriləcək.Mərasimdə çıxış edən Lorens Cenkell Bakıda olmağından və burada qarşılaşdığı qonaqpərvərlikdən çox məmnun qaldığını bildirib. Paytaxtımıza artıq ikinci dəfə gəldiyini deyən qonaq Azərbaycanın incəsənət baxımından çox maraqlı ölkə olduğunu və respublikamıza səfərlərinin davamlı olacağına ümid etdiyini bildirib.Sərgidə nümayiş olunan əsərləri haqqında məlumat verən Lorens Cenkell diqqətə çatdırıb ki, konfet heykəllər yeganə sənət nümunəsidir ki, bütün duyğu orqanlarını – görmə, kağız xışıltısını təsəvvür etməklə eşitmə, dad, qoxu - hərəkətə gətirir. Müəllifin fikrincə, şirniyyat özlüyündə ümumbəşəriliyi, fərdi keçmişi və ortaq yaddaşı birləşdirir. Onun bu yanaşması yaradıcılığında müxtəlif ölkələrin bayraqlarının konfet heykəllərinin yaranmasına səbəb olub.Qeyd edibki, hamının istifadə etdiyi konfet özlüyündə müsbət enerji daşıyır. Onları hazırlayarkən sevinirəm və ümid edirəm ki, bu sərgini seyr edənlər də eyni hissləri keçirəcəklər.Lorens Cenkell fərdi sərgisinin möhtəşəm Heydər Əliyev Mərkəzində keçirilməsindən qürur duyduğunu vurğulayıb.Qonaq xatırladıb ki, hələ Kannda Azərbaycan incəsənət xadimlərinin əsərləri təqdim edilərkən bu ecazkar ölkənin incəsənətinin çox zəngin və qədim olduğunu anlayıb.Sonra mərasim iştirakçıları sərgi ilə tanış olublar. Əvvəlcə “Qız qalası” festivalında yer alan əsərlərə tamaşa edən qonaqlar daha sonra Lorens Cenkellin əsərlərinə baxıblar.Heydər Əliyev Mərkəzinin parkında nümayiş edilən sərgidə müxtəlif ölkələrin bayraqlarının qeyri-adi formada - konfet şəklində heykəlləri təqdim olunur. Müəllifin Bakıda açılmış ilk fərdi sərgisində, ümumilikdə, 27 əsər təqdim edilib.Sərgidə Azərbaycan bayrağının da heykəli nümayiş olunub.Ziyarətçilər Almaniya, ABŞ, Argentina, Böyük Britaniya, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə, İsveçrə, Fransa, Macarıstan, Kanada, Səudiyyə Ərəbistanı, Koreya Respublikası, Hindistan, İtaliya, Yaponiya, Ukrayna, Polşa, Niderland, Estoniya, Latviya, Cənubi Afrika Respublikası, Çin və Avropa İttifaqının bayraqlarını fərqli formada görüblər.Müxtəlif ölkələrin bayraqlarının heykəllərinin sərgisi ilk dəfə 2011-ci ildə Kannda “Böyük iyirmilik” ölkələrinin (G20) sammitində təşkil olunub. Həmin vaxt Lorens Cenkell zirvə toplantısı üçün “Böyük iyirmiliyə” üzv və 5 qonaq ölkənin bayrağının heykəllərini hazırlamışdı.Lorens Cenkell 1965-ci ildə anadan olub. Hazırda Fransanın Alp-Maritim bölgəsindəki Valloris şəhərciyində yaşayır və fəaliyyət göstərir. Sənətin sirlərinə müstəqil şəkildə yiyələnən müəllifin müxtəlif vasitələrlə eksperimentləri, yaradıcılıq axtarışları uğurla nəticələnib. Pleksiqlasdan istifadə etməklə “bükmə” texnikasına yiyələnmə Lorens Cenkellə hazırda dünyada məşhur olan konfet formasında heykəlləri yaratmağa imkan verib. Əsasən, pleksiqlasla işləyən heykəltəraşın alüminium, bürünc, mərmər və digər materiallardan da əsərləri var. Rəssam-heykəltəraşın dünyanın 25-dən çox ölkəsində nümayiş olunan əsərləri, bir sıra qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Lorens Cenkellin əsərləri Paris, Monako, Nyu-York, Honq-Konq, London, Seul, Dubay, Bratislava və digər şəhərlərdə sərgilənib.Sərgi oktyabrın 31-dək davam edəcək. ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol