• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq prezident Nizami Gəncəvini beş dilə tərcümə etdi

Sabiq prezident Nizami Gəncəvini beş dilə tərcümə etdi
18.04.2014 16:31
Moldovanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Pyotr Luçinski Nizaminin aforizmlərini beş dilə tərcümə edib.Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə keçmiş dövlət rəhbəri Kişinyovda II Qlobal Müştərək Cəmiyyətlər Forumuna dair hazırlıq toplantısında bildirib. Pyotr Luçinski dahi mütəfəkkirin aforizmlərinin tərcüməsini məxsusi olaraq qurumun aprel forumu üçün edib.Kişinyovda keçirilən görüşdə Moldovanın keçmiş Prezidenti Pyotr Luçinski, Serbiyanın keçmiş dövlət başçısı Boris Tadiç, Albaniyanın sabiq dövlət rəhbəri Recep Meydani və Nizami Gəncə Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradov forumun gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.2015-ci ildən sonrakı dövrdə Minilliyin İnkişafı layihəsinə həsr edilən II Qlobal Müştərək Cəmiyyətlər Forumunda BMT səviyyəsində təhsil, sosial müdafiə, cəmiyyətdə qadınların rolunun artırılması sahələrində qarşıda duran məsələlər müzakirə ediləcək, ölkələrin beynəlxalq hüquq çərçivəsində qəbul edilmiş ərazi bütövlüyünün təmin edilməsi məsələsi ətrafında da geniş fikir mübadiləsi aparılacaq.Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən forumda Madrid klubu, Roma klubu, İsgəndəriyyə kitabxanası, BMT, UNESCO, Beynəlxalq Münasibətlər Şurası, Dünya Elm, İncəsənət və Mədəniyyət Akademiyası kimi nüfuzlu beynəlxalq təşkilatlar rəhbərlik səviyyəsində təmsil olunacaq, ümumilikdə 54 ölkədən 150 dən çox sabiq ölkə və hökumət rəhbəri, tanınmış ictimai və siyasi xadim iştirak edəcək.ANNET.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol