• $ 1.7
  • € 1.9706
  • ₽ 0.020981
  • ₺ 0.0406
  • £ 2.2699

Milli Ulduz Təsnifatında 44 hotel ulduz dərəcəsinə layiq görülüb - FUAD NAĞIYEV

Milli Ulduz Təsnifatında  44 hotel ulduz dərəcəsinə layiq görülüb - FUAD NAĞIYEV
07.12.2022 14:43
Milli Ulduz Təsnifatında 150 hoteldən 44 hotel 5, 4 və 3 ulduz dərəcəsinə layiq görülüb. Bunu dekabrın 7-də Azərbaycan Hotel Assosiasiyasının 5-ci Baş Assambleyasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
 
"Milli Ulduz Təsnifatına indiyədək 150 hotel müraciət edib, onlardan cəmi 44 hotel 5, 4 və 3 ulduz dərəcəsinə layiq görülərək müvafiq sertifikatlarla təltif edilib”, - Fuad Nağıyev bildirib.
 
Ulduz kateqoriyası əldə etmək üçün edilən müraciətlərin çox az bir hissəsinin qoyulan tələbləri ödədiyini qeyd edən Agentlik sədri bunların içərisində çoxsaylı uyğunsuzluqlar səbəbilə təkrar auditə qalan və ya təsnifata yenidən müraciət etməli olan hotellərin çoxluq təşkil etdiyini əlavə edib.
 
Tədbirin keçirilməsində məqsədin Azərbaycan Hotel Assosiasiyasının illik hesabatlarının ictimaiyyətə açıqlanması, Milli Ulduz Təsnifatı əsasında ulduzlaşma prosesi, bu istiqamətdə görülmüş və planlaşdırılan tədbirlər, həmçinin hotel sənayesi ilə əlaqədar digər məsələlər barədə məlumatların verilməsi olduğu bildirilib.
 
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, ulduz kateqoriyasının verilməsi prosesi pandemiya ilə əlaqədar ləngisə də, hazırda, xüsusilə də yeni qanunun qüvvəyə minməsi ilə artan müraciətlər fonunda yenidən dinamik olaraq həyata keçirilir.
 
Lida Abbaslı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olunacaq
Mədəniyyət 15:58
Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olunacaq
Əlisəmid Kür vəfat edib
Mədəniyyət 10:27
Əlisəmid Kür vəfat edib
Nyu-Yorkda Üzeyir Hacıbəyli musiqisinə həsr olunan gecə keçirilib
Mədəniyyət 08:04
Nyu-Yorkda Üzeyir Hacıbəyli musiqisinə həsr olunan gecə keçirilib
Bakhtiyar Vahabzadənin adı İstanbulda əbədiləşdirilib
Mədəniyyət 08:02
Bakhtiyar Vahabzadənin adı İstanbulda əbədiləşdirilib
Tahir İmanov qardaşının vəfatından sonra izləyicilərinə müraciət edib
Mədəniyyət 07:53
Tahir İmanov qardaşının vəfatından sonra izləyicilərinə müraciət edib
Azərbaycanda Türkmənistan mədəniyyət günləri keçiriləcək
Mədəniyyət 15:11
Azərbaycanda Türkmənistan mədəniyyət günləri keçiriləcək
Azərbaycan UNESCO-nun konfransında təmsil olunacaq
Mədəniyyət 17:29
Azərbaycan UNESCO-nun konfransında təmsil olunacaq
Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirilib
Mədəniyyət 19:02
Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirilib
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək -SƏRƏNCAM
Mədəniyyət 17:42
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək -SƏRƏNCAM
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol