• $ 1.7
  • € 1.9703
  • ₽ 0.020942
  • ₺ 0.0402
  • £ 2.231

Nyu-Yorkda Üzeyir Hacıbəyli musiqisinə həsr olunan gecə keçirilib

Nyu-Yorkda Üzeyir Hacıbəyli musiqisinə həsr olunan gecə keçirilib
08.10.2025 08:04

Nyu-Yorkda Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan “Firuzə: Musiqi mozaikası” adlı konsert təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Konsertdə Azərbaycanın, Türkmənistanın, Türkiyənin və Qazaxıstanın BMT yanındakı daimi nümayəndəliklərinin rəhbərləri, diplomatlar və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Gecədə Əməkdar artist, pianoçu Nərgiz Əliyarova və skripkaçı Karen Bentley Pollack çıxış ediblər. Onlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Firəngiz Əlizadə, Ləla Cəfərova, eləcə də digər ölkələrdən bəstəkarların — Nuri Halməmmədov (Türkmənistan), Dilorom Amanullayeva (Özbəkistan), Nurlan Moldobasanov (Qırğızıstan), Ariya Torkanburi (İran) və Fazıl Say (Türkiyə) əsərlərini ifa ediblər.

Tamaşaçılar arasında ən çox maraq doğuran ifalardan biri Qazaxıstanın xalq mahnısı “Yapıraý” olub.

Konsertin məqsədi müxtəlif xalqları və mədəniyyətləri musiqi vasitəsilə birləşdirmək olub.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Lənkəran Dairəvi qalasının yaxın zamanda bərpasına başlanılacaq
Mədəniyyət 13:35
Lənkəran Dairəvi qalasının yaxın zamanda bərpasına başlanılacaq
Vaqif Vəliyev vəfat edib
Mədəniyyət 21:47
Vaqif Vəliyev vəfat edib
Şəkidə Kiş məscidinin bərpası gələn il yekunlaşacaq
Mədəniyyət 11:50
Şəkidə Kiş məscidinin bərpası gələn il yekunlaşacaq
9 ayda DTA tabeliyində olan qoruqlara 706 494 nəfər ziyarət edib
Mədəniyyət 11:24
9 ayda DTA tabeliyində olan qoruqlara 706 494 nəfər ziyarət edib
Azərbaycan "Uşaq Avroviziyası"nda bu mahnı ilə təmsil olunacaq - Video
Mədəniyyət 00:01
Azərbaycan "Uşaq Avroviziyası"nda bu mahnı ilə təmsil olunacaq - Video
Bakıda qəzalı tarixi əhəmiyyətli binalara kim sahib çıxmalıdır?– ARAŞDIRMA
Mədəniyyət 18:28
Bakıda qəzalı tarixi əhəmiyyətli binalara kim sahib çıxmalıdır?ARAŞDIRMA
İtaliyanın azərbaycanlı xoreoqrafı vəfat edib
Mədəniyyət 11:47
İtaliyanın azərbaycanlı xoreoqrafı vəfat edib
Bakıda“Ötəri” sərgisi keçirilib
Mədəniyyət 10:52
Bakıda“Ötəri” sərgisi keçirilib
bp Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş nəşrlərə dəstək verib
Mədəniyyət 16:57
bp Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş nəşrlərə dəstək verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol