• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan UNESCO-nun konfransında təmsil olunacaq

Azərbaycan UNESCO-nun konfransında təmsil olunacaq
28.09.2025 17:29

Azərbaycan UNESCO-nun 2025-ci il 29 sentyabr – 1 oktyabr tarixlərində Barselonada keçiriləcək Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında (MONDIACULT 2025) təmsil olunacaq.Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Tədbirdə Azərbaycanı mədəniyyət naziri Adil Kərimli başda olmaqla nümayəndə heyəti təmsil edəcək.

MONDIACULT 2025 çərçivəsində sentyabrın 28-də Barselonada "Mədəniyyət əsaslı iqlim fəaliyyəti üzrə 3-cü Yüksək Səviyyəli Nazirlər Dialoqu" keçiriləcək. Bu dialoq mədəniyyət sahəsinin qlobal iqlim gündəliyinə inteqrasiyasını təşviq etməklə, dayanıqlı gələcək naminə yeni yanaşmaların müzakirəsinə imkan yaradacaq.

MONDIACULT UNESCO-nun təşəbbüsü ilə 1982-ci ildən etibarən keçirilən və dünyada mədəniyyət siyasətləri üzrə ən genişmiqyaslı hökumətlərarası platforma kimi tanınır. Bu ilki konfrans mədəniyyətin qlobal miqyasda inkişafın əsas dayaqlarından biri kimi tanınmasını, həmçinin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyində mədəniyyətin ayrıca məqsəd kimi təsbit edilməsini hədəfləyir.

Tədbir çərçivəsində "Mədəni hüquqlar", "Rəqəmsal texnologiyalar və mədəniyyət", "Təhsil və mədəniyyət", "Mədəniyyət iqtisadiyyatı", "İqlim və mədəniyyət", "İrs, mədəniyyət və böhran" kimi mövzular müzakirə olunacaq. Konfrans yüzlərlə ölkəni, beynəlxalq təşkilatları, mədəniyyət sahəsinin ekspertlərini və vətəndaş cəmiyyətini bir araya gətirərək, qarşılıqlı təcrübə və ideya mübadiləsi üçün unikal qlobal platforma rolunu oynayacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Mədəniyyət 18:56
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol