• $
  • €
  • ₽
  • ₺
  • £

Kulis.az “Ən qısa hekayə” müsabiqəsinin qaliblərinin adlarını açıqladı

Kulis.az “Ən qısa hekayə” müsabiqəsinin qaliblərinin adlarını açıqladı
28.05.2020 21:43
“APA-Holding”ə daxil olan Kulis.az ədəbiyyat portalının elan etdiyi “Ən qısa hekayə” müsabiqəsinin qaliblərinin adları açıqlanıb.APA-nın məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, millət vəkili Aqil Abbas, yazıçı Afaq Məsud, Lent.az informasiya portalının baş direktoru Qabil Abbasoğlu və başqaları iştirak edib. V.Mahirqızı bildirib ki, müsabiqə uğurla başa çatdırılıb və istedadı olan gənclər öz potensialını bu müsabiqə vasitəsilə reallaşdırıblar: “Bu müsabiqədən sonra Kulis.az internet dərgisinin istifadəçi sayı iki dəfə artdı ki, bu da müsabiqənin oxucular arasında böyük marağa səbəb olduğunu göstərir. Gələcəkdə Kulis.az yeni layihələrlə oxucuların görüşünə gələcək”. Müsabiqədə I yerin qalibi “Veteran” hekayəsi ilə Vüsalə Məmmədova (39 səs), II yerin qalibi “Ata” hekayəsi ilə Cavid Zeynallı (31 səs), III yerin qalibi isə “Atdılar” hekayəsi ilə Rüfət Əhmədzadə (28 səs) olub. Tədbirdə “Facebook” sosial şəbəkəsində keçirilən sorğunun qalibi Mehman Telmanoğlu (3114 “like”) və hekayəsi müsabiqədən kənar çap olunan yazıçı Afaq Məsud Kulis.az-ın xüsusi mükafatı ilə təltif olunub. Kulis.az müsabiqədə iştirak edən yazıçı Şərif Ağayara da xüsusi mükafat təqdim edib. Qeyd edək ki, Kulis.Az dərgisinin keçən il dekabr 13-də elan etdiyi “Ən qısa hekayə” müsabiqəsində ümumilikdə 472 hekayə çap olunub və iştirakçılar onlayn səsvermə ilə bəyəndikləri 3 hekayəyə səs veriblər. I yerin qalibinə 300, II yerin qalibinə 200, III yerin qalibinə isə 100 manat məbləğində mükafat təqdim olunub.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol