• $ 1.7
  • € 1.9587
  • ₽ 0.021501
  • ₺ 0.0401
  • £ 2.2273

Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır

Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
01.05.2025 12:17

Tarixi və mədəniyyət abidələrinin vahid qaydalar əsasında pasportlaşdırılması ölkənin mədəni irsinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.  Bu barədə deputat Polad Bülbüloğlu Milli Məclisin  plenar iclasında uyğun qanun layihəsinin ikinci oxunuşda təqdimatı zamanı bildirib. 

Deputat qeyd edib ki, təqdim olunan qanun layihəsi — abidələrin pasportlarının nümunəvi formasının müəyyən edilməsi, enerji daşıyıcılarına ehtiyac duyan abidələrin sistemləşdirilməsi və vahid elektron informasiya bazasının yaradılması istiqamətində hüquqi əsasların möhkəmləndirilməsinə xidmət edir.

“Azərbaycan zəngin tarixi və mədəni irsə malik ölkədir. Bu irsin qorunması yalnız fiziki mühafizə ilə deyil, sistemli uçot və sənədləşmə ilə də təmin olunmalıdır,” —  Polad Bülbüloğlu vurğulayıb.

Deputat layihənin əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, bu sahədə müasir texnologiyaların tətbiqi, vahid elektron baza və mərkəzləşdirilmiş nəzarət sistemi həm mədəni irsin qorunması, həm də gələcək nəsillərə ötürülməsi baxımından vacibdir.

O, həmkarlarını layihənin ikinci oxunuşda qəbuluna səs verməyə çağırıb və sənədin qəbulunu mədəniyyət siyasətində irəliyə doğru mühüm addım kimi qiymətləndirib.

Layihə daha sonra səsverməyə çıxarılaraq Milli Məclis tərəfindən ikinci oxunuşda qəbul edilib.

N.Təbrizli

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Mədəniyyət 08:33
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”
Mədəniyyət 13:13
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”

Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Mədəniyyət 11:14
Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib
Mədəniyyət 13:34
Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib

Rəqsanə ev dustaqlığına buraxılıb
Mədəniyyət 17:48
Rəqsanə ev dustaqlığına buraxılıb

Xalq artisti Roza Cəlilova vəfat edib
Mədəniyyət 10:22
Xalq artisti Roza Cəlilova vəfat edib
Birinci uşaq rəqs festivalı başa çatıb
Mədəniyyət 21:43
Birinci uşaq rəqs festivalı başa çatıb
Əməkdar artist Akif Mirabov vəfat edib
Mədəniyyət 13:45
Əməkdar artist Akif Mirabov vəfat edib
Lənkəran Dairəvi qalasının yaxın zamanda bərpasına başlanılacaq
Mədəniyyət 13:35
Lənkəran Dairəvi qalasının yaxın zamanda bərpasına başlanılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol