• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstanda ermənilərin xeyrinə olan filmə qadağa qoyuldu

Qazaxıstanda ermənilərin xeyrinə olan filmə qadağa qoyuldu
28.05.2020 21:39

““At gedişi” filmində Qazaxıstandan bir sıra həvəskar “artist” rol alıb. Bu filmin Qazaxıstan dövləti və siyasəti ilə heç bir əlaqəsi yoxdur”. 

Bunu Modern.az saytına Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzləri İttifaqının sədri Vidadi Salahov deyib. O bildirib ki, ermənilər müəyyən qonorar müqabilində, sadəcə olaraq bir neçə qazağı filmdə iştirak etmək üçün dəvət ediblər. 

V. Salahovun sözlərinə görə, Qazaxıstanda sözügedən film qadağan olunub: 

“Televiziyalar və kinoteatrlar həmin filmi qəbul etmədilər. Ermənilər filmin Qazaxıstanda nümayişinə nail olmağa çalışsalar da, bu baş tutmadı”. 

V. Salahov onu da əlavə edib  ki, diaspor rəhbəri kimi məsələ ilə əlaqədar Qazaxıstan Prezident Administrasiyasına müraciət edib: 

“Prezident Administrasiyasından mənə məlumat verdilər ki, “At gedişi” filmi heç bir siyasi məqsəd daşımır və həmin kino qadağan olunub. Qazaxıstan əhalisi də film haqqında çox mənfi fikirdədir. Həmin filmdə iştirak etmiş  “aktyorları” tənqid edirlər”.

Qeyd edək ki, “At gedişi” filminin Qazaxıstanla Ermənistan istehsalı olması barədə informasiyalar yayılıb. Filmdə Azərbaycanın işğal olunmuş torpaqlarının Ermənistan ərazisi kimi göstərilməsi də ciddi tənqid olunub.

Modern.az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol