• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ həqiqətləri” fars dilində - FOTO

“Qarabağ həqiqətləri” fars dilində - FOTO
23.12.2013 23:59
Heydər Əliyev Fondunun nəşri olan “Qarabağ həqiqətləri” bukletlər toplusu AzərTAc-ın İran nümayəndəliyi tərəfindən fars dilində çap etdirilib. Beş hissədən ibarət topluda Azərbaycanın ayrılmaz parçası olan Qarabağın tarixi, maddi və mədəni irsi, arxeoloji qazıntıları, ermənilərin bu bölgəyə köçürülməsi barədə sənədlər və faktlar, XX əsrin sonlarında Ermənistanın və dünyadakı erməni millətçilərinin Azərbaycana qarşı başladıqları yeni işğalçılıq siyasətinin acı nəticələri, 1988-ci ildən başlayaraq Ermənistandakı soydaşlarımızın bu ölkədəki dədə-baba yurdlarından acınacaqlı şəraitdə deportasiyası, onlara qarşı törədilmiş qətllər, zülm və işgəncələr əksini tapmışdır. Topluda, həmçinin Ermənistanın və erməni terror təşkilatlarının Azərbaycan xalqına qarşı təşkil etdikləri terror aktlarından, Xocalı soyqırımından, Azərbaycan torpaqlarının bir hissəsinin təcavüzkar Ermənistan tərəfindən işğal edilməsindən, qaçqın və məcburi köçkünlərin düçar olduqları acınacaqlı vəziyyətdən bəhs edilir.Azərbaycanın müstəqilliyini qorumaq, ölkəmizi inkişaf etdirmək, xalqımızın rifahını yüksəltmək, o cümlədən Azərbaycan gerçəkliklərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri, bu məsələyə aid bütün həqiqətləri olduğu kimi beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya blokadasını yarmaq, on illərdir erməni lobbisi tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq ümummilli lider Heydər Əliyevin titanik siyasətinin bir hissəsi olmuşdur. Heydər Əliyev Fondu tərəfindən yaradılan işçi qrupunun hazırladığı bukletlər toplusu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması siyasətinin gerçəkləşdirilməsi sırasında mühüm addımdır.Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bukletin 2006-cı ildə Bakıda keçirilmiş təqdimatında demişdir ki, biz, Heydər Əliyev Fondu da Ulu Öndərimizin ideyalarına sadiq qalaraq, bu işi davam etdirməyi özümüzə mənəvi borc sayırıq. Bu gün təqdim olunan layihə “Qarabağ həqiqətləri” silsiləsi bu istiqamətdə bir addımdır.Bukletlər toplusunun İranda nəşri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri, vaxtilə torpaqlarımızda qonaq kimi məskunlaşmış nankor qonşularımızın xalqımıza qarşı törətdikləri ağır cinayətlərin öyrənilməsi ilə məşğul olan tədqiqatçılar və geniş oxucu kütləsi üçün mühüm əhəmiyyət daşıyan dəyərli vəsaitdir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol