• $
  • €
  • ₽
  • ₺
  • £

Ədəbiyyat İnstitutları arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Ədəbiyyat İnstitutları arasında əməkdaşlıq müqaviləsi imzalanıb
28.05.2020 19:50

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Şota Rustaveli adına Gürcüstan Ədəbiyyatı İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib.

 

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun mətbuat xidmətinin rəhbəri Ağahüseyn Şükürovun APA-ya verdiyi xəbərə əsasən, İnstitutun direktoru İsa Həbibbəyli rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin strukturu, elmi istiqamətləri barədə qonaqlara məlumat verdikdən sonra iki ölkə arasında elmi əməkdaşlığın mövcud vəziyyətindən danışıb, qarşılıqlı əlaqələrin bundan sonra  da uğurla davam etdirilməsinin vacibliyini bildirib. Rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin yubileyinə start verildiyini diqqətə çatdıran institut rəhbəri qeyd edib ki, institutun bu günlərdə keçiriləcək 80 illik yubileyinə bir sıra ölkələrdən, o cümlədən Gürcüstandan da ədəbiyyatşünas alimlər dəvət ediləcək.

 

Gürcü ədəbiyyatşünasları - filologiya elmləri doktorları Qaqa Lomidze, İrina Modevadze və institutun elmi katibi Miranda Tkeşelaşvili Azərbaycanda son illərdə aparılan tikinti-quruculuq işlərinin geniş vüsət aldığını, Bakı şəhərinin simasının xeyli dəyişdiyini, azərbaycanlıların qonaqpərvərliyini xüsusi vurğulayıblar. Qonşu ölkə alimləri Azərbaycanla Gürcüstan arasında bütün sahələrdə olduğu kimi, elm istiqamətində də əməkdaşlığın daha da genişləndirməsinin əhəmiyyətini bildiriblər.

 

Sonra Nizami adına Ədəbiyyat İnstitutu ilə Gürcüstan Ədəbiyyatı İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Görüşdə hər iki tərəfin nümayəndələri qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim ediblər.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol