• $
  • €
  • ₽
  • ₺
  • £

Kəlağayı YUNESKO-nun mədəni irs siyahısına daxil edildi

Kəlağayı YUNESKO-nun mədəni irs siyahısına daxil edildi
26.11.2014 16:44
Azərbaycan kəlağayısı YUNESKO-nun Qeyri-maddi mədəni irs Siyahısına daxil edilib.
Bu barədə Trend Azərbaycanın YUNESKO yanında Daimi nümayəndəliyinin "Twitter" səhifəsinə istinadən məlumat verir.
Mədəniyyət və Turizm Nazirliyindən daxil olan məlumatda isə deyilir ki, cari ilin 24-28 noyabr tarixində YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclası keçirilir. Sessiyanın bugünkü iclasında Azərbaycan kəlağayısı “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Kəlağayı faylı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin YUNESKO yanında Daimi nümayəndəliyi, YUNESKO üzrə Milli Komissiyanın birgə həyata keçirdikləri çoxşaxəli fəaliyyət nəticəsində Komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiq etmiş oldu.
Ölkəmizin mədəniyyət həyatında baş verən bu tarixi hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına, ölkəmizin mədəniyyətinin inkişafına göstərdiyi yüksək dəstəyin və qayğının nəticəsidir.
Tədbirdə Azərbaycan mədəniyyət və turizm nazirinin müavini xanım Sevda Məmmədəliyeva çıxış edərək, Komitə üzvlərinə təşəkkür etdi və YUNESKO siyahısına daxil edilməsinin Kəlağayı sənətinin ölkəmizdə inkişafına kömək edəcəyini bildirdi.
Hazırda kəlağayıdan başqa, muğam ifaçılıq sənəti, Azərbaycan aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası, tar ifaçılıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.
Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə təbrik edirik.
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol