Kür-Araz ovalığında kollektor-drenaj sistemlərinin auditinə başlanılıb

15:34 | 16.09.2024
Kür-Araz ovalığında kollektor-drenaj sistemlərinin auditinə başlanılıb

Kür-Araz ovalığında kollektor-drenaj sistemlərinin auditinə başlanılıb

Hesablama Palatası Kür-Araz ovalığında kollektor-drenaj sistemlərinin auditinə başlayıb.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən, "Auditor xidməti haqqında" qanunun 30 illiyinə həsr olunmuş "Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq" mövzusunda beynəlxalq konfransda bildirib.

"Cari ildə ekoloji auditlər davam edir. Palatanın apardığı auditlər arasında Kür-Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə, təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsi, həmçinin işğaldan azad edilmiş ərazilərdə yaşıl iqtisadiyyata töhfə verən "Ağıllı kənd” layihəsinin auditləri yer alır", -  o qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM