• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Laçına köçürülən ailələrin tibbi müayinələri davam etdirilir

Laçına köçürülən ailələrin tibbi müayinələri davam etdirilir
21.10.2023 12:50
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində Laçın şəhərinə köçürülən ailələrin tibbi müayinələri davam etdirilir.

TƏBİB-dən  bildirilib ki, 44 ailənin üzvü olan 159 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Laçın, Beyləqan, İmişli, Bərdə, Tərtər, Kürdəmir, Şamaxı, Abşeron rayonlarının mərkəzi xəstəxanalarında, Sabunçu, Nizami, Sumqayıt, Lökbatan, Binəqədi tibb mərkəzlərində, Yeni Klinikada və Bakı Baş Səhiyyə Mərkəzində tibbi müayinədən keçiblər.

Onların biokimyəvi laborator analizləri, ultrasəs (USM), elektrokardioqrafiya (EKQ) və ağciyərlərin rentgenoqramması (flüoroqrafiya), həmçinin digər lazımi müayinələri həyata keçirilib.

Müayinələr "Böyük Qayıdış” layihəsi çərçivəsində icbari tibbi sığorta hesabına vətəndaşlar üçün ödənişsiz əsaslarla icra olunub.
Xatırladaq ki, tibbi müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində reallaşdırılır.

TƏBİB tərəfindən memorandum çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən şəxslərin ümumi tibbi müayinəsinin təşkili, həmçinin uşaqların təsdiqlənmiş Peyvənd Təqviminə əsasən müxtəlif yoluxucu xəstəliklər əleyhinə immunizasiyanın aparılması baş tutulub. Əsas məqsəd işğaldan azad olunan ərazilərə köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 23:30
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Cəmiyyət 20:52
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 17:24
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Cəmiyyət 15:10
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Cəmiyyət 14:15
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Qazaxda minik avtomobili aşıb, ölən var
Cəmiyyət 13:39
Qazaxda minik avtomobili aşıb, ölən var
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Cəmiyyət 12:33
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Laçında yük maşını dərəyə aşıb
Cəmiyyət 10:49
Laçında yük maşını dərəyə aşıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol