Rüstəm Qasımov
Böyük Qafqazın cənub yamacında Azərbaycanın İsmayıllı rayonunda şəhər tipli qəsəbə olan və "Böyük İpək yolu"nun beynəlxalq tuist marşrutunda yerləşən Lahıc XV-XIX əsrlərə məxsus tarixi-mədəni abidə kimi dövlət tərəfindən qorunur.
Lahıc Qafqazda və onun sərhədlərindən kənarda orta əsr silahları və müxtəlif ornamentlərlə naxışlanan mis qablar hazırlanan sənət-ticarət mərkəzi kimi tanınır.
Bir müddət əvvəl bu məkanda olarkən, mən ustaların alıcılara yüksək səviyədə və müxtəlif növlərdə bədii mis məmulatları təklif edən sənətkar emalatxanalarını, ticarət köşklərini öz gözlərimlə görməz şərəfinə nail oldum. Xalq ənənələri və Lahıcın mis istehsalı üsulları əsrlərdən bəri nəsildən nəslə keçir və bugünkü günədən qorunub saxlanılır. Ona görə də, sənətkarlıq bu qəsədəbə artıq öz möhürünü vurub. Misgərliyin çiçəklənməsi burada digər sənət sahələrinin də inkişafına töhvə verib. Ümumilikdə isə XIX əsrdə Lahıcda 40 növdə sənətkarlıq sahəsi inkişaf etmişdi. Yeri gəlmişkən, Lahıcın mis istehsalı Luvrda nümayiş etdirilir. Bern muzeyində Lahıc ustalarının istehsal etdiyi bəzək və onamentlərlə zəngin tüfənglər, qılınclar və xəncərlər qorunub saxlanılır.
Qeyd etmək yerinə düşər ki, Lahıcın mis istehsalı əsasən "Ağalı" kvartalında mərkəzləşib, bu küçənin yan örəsində çoxlu mis dükanları yerləşir, ona görə də bura "Misgərlər bazarı" kimi də tanınır. Hazırlanan misgərlik məmulatları eləcə emalatxanaların qarşısında satılır. Bir çox mənbələin verdiyi məlumata görə, XIX əsrdə Lahıcda 200-dən çox misgərlik dükanı olub.
Azərbaycanın qədim sənətkarlıq yurdu olan Lahıcdan hazırladığımız fotosessiyanı oxucularımıza təqdim edirik.
Xoş seyrlər:
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !