Öldürülmüş erməni əsgərin anası Ohanyanın hədiyyəsindən imtina etdi

13:53 | 04.07.2014
Öldürülmüş erməni əsgərin anası Ohanyanın hədiyyəsindən imtina etdi

Öldürülmüş erməni əsgərin anası Ohanyanın hədiyyəsindən imtina etdi

Ermənistan Müdafiə Nazirliyində cəbhə xəttində ölən 2 əsgərin ailəsi ilə görüş keçirilib. ANS PRESS-in məlumatına görə, müdafiə naziri Seyran Ohanyan əsgərlərin valideynlərinə medal versə də, cəbhədə ölmüş əsgər Boris Qasparyanın anası bu mərasimdə iştirak etməyib. Əsgərin atası və əmisi əsgər anasının səhhətinin yaxşı olmadığını bildirdikdə Ohanyan qadını Ermənistan Müdafiə Nazirliyi hesabına senatoriyaya göndərmək istədiklərini bildirib. Lakin əsgərin ailəsi bundan da imtina edib. Qeyd edək ki, Andranik Yeqonyan və Boris Qasparyan iyunun 5-də cəbhə xəttində öldürülüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM