Ölənəcən incidilmiş qulluqçunun hekayəti - BBC

12:10 | 18.01.2014
Ölənəcən incidilmiş qulluqçunun hekayəti - BBC

Ölənəcən incidilmiş qulluqçunun hekayəti - BBC

Pakistanın Pəncab əyalətində 10 yaşlı qızı işə götürənlər etiraf edib ki, onlar balaca İramı ölənəcən döyüblər. Bu fakt ölkədə uşaqların hüquqları ilə bağlı narahatlığı yenidən gündəmə gətirib. BBC-nin əməkdaşı Saba Eytizaz xəbər verir ki, ötən həftə baş verən bu hadisə bütün ölkəni silkələyib.

Hüquq müdafiə təşkilatları ölkə əhalisinin yarısının yaşı 18-dək olan vətəndaşlar təşkil etdiyini nəzərə alaraq iddia edir ki, Pakistanın əmək qanunvericiliyi ölkədə uşaqlarla qəddar rəftara məhəl qoymur.  Bu isə tez-tez faciəli nəticələrə gətirib çıxaran səhvdir.Bunun sübutunu Pəncab əyalətinin kiçik kəndində də tapmaq mümkündür, burada köhnə evin dağılan gil divarlarının ortasında ağlaşma səsləri eşidilir.  Çox analar övladlarını itirdiklərinə görə belə ah-nalə edirlər.Bu ağlaşma "Ueyn" adlanır – bu, ölülər haqqında mahnıdır və yerli dəfn mərasiminin ayrılmaz hissəsidir.İncidilmişlərKənd Moza Djindraaxa adlanır, bu "həyatın qorunduğu yer" anlamındadır. Amma indi hər şey başqa cürdü - axı indi balaca qızın ölümünə ağlayırlar. İra Ramzan Laxora göndərilmişdi ki, orta sinfin ailəsi üçün yemək hazırlasın və bunun müqabilində ailəsinin dolanışığını təmin etsin. Onun iki bacısı da həmçinin müxtəlif ailələr üçün ev qulluqçusu kimi işləyir.Amma İram ağ kəfəndə qayıtdı - görünür, onu işə götürənləri ona ölümcül əzab vermişlər.Taxıldöyəndə əlini itirmiş qızın anası Zubayda bibi, ərinin maliyyə dəstəyi olmadan üç kiçik qızı tərbiyə etmək perspektivi ilə üzləşib.Zubayda deyir ki, öz qızlarını ev qulluqçusu kimi işə göndərməkdən başqa seçim imkanı yoxdur.O, elə düşünürdü ki, küçələrdə yox, daha zəngin evlərdə çalışmaqla daha təhlükəsiz olmuş olarlar. Amma o, səhv etmişdi və o, öz kiçik övladının dəfn işgəncəsi ilə üzləşməli oldu - indi o, bu günahını harada dəfn etməli olduğunu bilmir."Yəqin biz qazandığımız qəpik-quruşla kifayətlənməli idik", - təsəlli tapmayan ana şikayətlənir. "Haradan biləydim ki, öz qızımı ölümə göndərirəm"?Keçən il uzaq Laxoredən onların dayısı İram ailəsinə zəng vurmuşdu, onlara xəstəxanaya tələsməyi xahiş etmişdi."Bədbəxt hadisə"Həkimlərin sözlərinə görə, o, xəstəxanaya gətirilərkən keçinib. Onun bədənində işgəncə izləri aşkarlanıb, həmçinin biləklərdə və ayaqlarda şallaqla endirilmiş zərbələrdən yaranmış çapıq yerləri vardı.Qızı işə götürənlər - Mahmud ailəsi qızın meyitini ailəsinə təhvil verib. Polis isə dərhal qatil ailəni nəzarətə götürüb.Qızın dəmir borusuyla ölüncəyədək döyüldüyü, sonra Mahmudun evində əl-qolu iplə bağlı halda tapıldığı güman edilir.Nəsirə Mahmud etiraf edib ki, o, dəfələrlə uşağı boruyla döyüb, 16 yaşlı oğlu isə bu mənzərəni seyr edib.Həbsxanada olan xanım Mahmud peçenyelərlə çay içir. Ona niyə belə etdiyini sual verildikdə, o, hesab edir ki, hər şey tamamilə təsadüfən olub. O deyir ki, heç kəs İramın ölə biləcəyini gözləmirmiş."İram üç dəfə mənim pulumu oğurladı. Mən hirsləndim, vəssalam", - o, deyir. "O, dedi ki, yatmaq istəyir, buna görə də mən onu otağa salıb ağzını bağladım və şam yeməyi hazırlamağa getdim"."Döyülməsinə dair sübutlar"Ekspertlər hesab edir ki, İram təsadüfən yox, tədricən ölüb və son nəfəsini otaqda bağlı vəziyyətdə qalarkən verib. "Bu dəqiqə onlar etiraf etdilər ki, İrama işgəncə veriblər", - pristav Umar Çima deyir."Onun bədənində zorakılıq izləri və döymə əlamətləri var idi, həmçinin şişlər vardı, bu da onu göstərir ki, qıza ağır alətlə işgəncə veriblər, bu ağır alət isə qaz borusu olub".İramı işə götürənlər ona ayda cəmi 23 dollar veriblərmiş – bu onun həyatı müqabilində çox cuzi miqdardır.Elə həmin həftə İramla yanaşı 15 yaşlı qulluqçu Azra da ölü tapılıb. Azra da Laxoredə onu işə götürmüş şəxsin evində boğulmuş vəziyyətdə tapılıb. Belə görünür ki, öldürülməzdən əvvəl seksual zorakılığın qurbanı olub.Uşaq Hüquqları üzrə Müdafiə Cəmiyyəti (SPARC) deyir ki, onlar hər il İram və Azranın işinə bənzər təxminən ən azı 20 belə faktla qarşılaşırlar. Bu, yalnız o faktlardır ki,  uşaqlar həlak olublar. O qədər buna bənzər hücumlar, pis rəftarlar var ki, bizə bu barədə heç bir məlumat verilmir.SPARC nümayəndəsi Səyyad Çima deyir ki, uşaqların hüquqlarının təsbit edildiyi qanunvericilik işlək vəziyyətdə deyil, çünki uşaq əməyini nizamlayacaq heç bir inzibati mexanizm yoxdur."Birləşmiş Millətlər Təşkilatı Pakistan hökumətinə uşaqların müdafiəsi üzrə siyasəti qəbul etməyə dair təklif göndərdi", - cənab Çima deyir. "Biz bilməliyik ki, uşaqların ölənədək işləməsinə imkan verməliyik, yoxsa biz onları müdafiə edəcəyik və bu müdafiəni necə quracayıq".Hüquq müdafiə təşkilatları qazanc dalınca küçələrə və yad evlərə gedən 12 milyon uşaq haqqında danışırlar.Müdafiəsi sistemi olmadan, su çatın arasından sürüşüb keçdiyi kimi, bu uşaqlar da beləcə bizim əlimizdən çıxıb yoxa çıxırlar, bu zaman isə onları qorumaq mümkün olmayacaq.Moza Djindraaxa kəndində bir təpə var, İramın əbədi hüzur yeri...Düz qəbiristanlığın yanında sarı-yaşıl ərazi var. İram nə zamansa burada digər uşalarla birlikdə oynardı, amma həyatın qəddarlığı, dərd-səri laqeydlik və kasıbçılıq üzündən onun həyatı yarıda qırıldı.http://www.bbc.co.uk/news/world-asia-25588565Tərcümə: Ramil Rahiboglu ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM